Zəbur 43:1—5

  • Allah hökm çıxarıb qurtarır

    • «Nurunu, həqiqətini göndər» (3)

    • «Niyə qırılmısan, ey könlüm?» (5)

    • «Sən Allahı gözlə» (5)

43  Ey Allah, Sən məni mühakimə et,Vəfasız xalqla çəkişməmi gör, Hiyləgərdən, xaindən qurtar məni,   Çünki Allahım, qalam Sənsən. Niyə məni tərk etdin? Axı niyə düşməndən zülm görüb kədərli gəzməliyəm?   Nurunu, həqiqətini göndər, Qoy mənə yol göstərsinlər,Müqəddəs dağına, möhtəşəm çadırına aparsınlar məni.   Onda Allahın qurbangahına gələrəm,Aşıb-daşan sevincimə, Allahıma yaxınlaşaram. Çəng çalıb Səni tərənnüm edərəm ey Allahım, ey mənim Allahım!   Niyə qırılmısan, ey könlüm? Niyə köksümdə çırpınırsan? Sən Allahı gözlə,Çünki mən hələ Allahımı, Ulu Xilaskarımı ucaldacağam.

Haşiyələr