Zəbur 7:1—17

  • Yehova adil hakimdir

    • «Məni mühakimə et» (8)

Binyaminli Kuşun sözlərindən ötrü Davudun Yehovaya oxuduğu qəmli nəğmə. 7  Ey Allahım Yehova, Sənə sığınmışam, Təqibçilərdən məni qoru, xilas et,   Yoxsa aslantək məni parçalayacaqlar,Sürüyüb aparacaqlar, qurtaran olmayacaq.   Ey Yehova, qəbahət iş tutmuşamsa,Haqsızlıq etmişəmsə,   Yaxşılığa yamanlıq etmişəmsə,Nahaq yerə düşmənimi soymuşamsa*,   Qoy düşmən canımı təqib etsin, tutsun,Məni* yerə vurub tapdalasın,Şərəfimi yerə soxsun. (Selah)   Qəzəbinlə qalx, ey Yehova,Düşmənlərimin hiddətinin qabağını kəs,Mənə görə qalx, tələb et, ədalət bərqərar olsun.   Qoy xalqlar dövrəndə toplaşsın,Sən də ucalardan onlara hökm et.   Yehovadır xalqlara hökm çıxaran. Salehliyim əsasında, ey Yehova,Paklığım əsasında məni mühakimə et.   Nə olar, şər adamların pisliyinə son qoy, Saleh adamı isə hifz et.Adil Allah ürəkləri, ən dərin duyğuları sınayar. 10  Allahdır, ürəyidüz adamların xilaskarıdır mənim qalxanım. 11  Xudavənd adil hakimdir,Bəyan edir hər gün hökmlərini. 12  İnsan pis yolundan dönməzsə, O, qılıncını itilər,Kamanını çəkib nişan alar. 13  Ölüm silahlarını hazırlar,Alov saçan oxlarını düzəldər. 14  Bax, biri bətnində pislik daşıyır,O, fitnəyə hamilə qalıb, yalan doğar. 15  Bir quyu qazdı, qazdıqca qazdı,Amma qazdığı quyuya özü düşəcək, 16  Qurduğu fitnə öz başına gələcək,Zorakılığı özünə qayıdacaq. 17  Ədalətinə görə Yehovaya alqış edəcəyəm,Haqq-Taala Yehovanın adını nəğmələrdə tərənnüm edəcəyəm.

Haşiyələr

Digər variant: nahaqdan əleyhimə çıxanı sağ saxlamışamsa.
Hərfən: həyatımı.