Zəbur 59:1—17

  • Allah sipər və sığınacaqdır

    • Xainlərə rəhm etmə (5)

    • «Sənin qüdrətinə nəğmə deyərəm» (16)

Dirijora. «Məhv etmə». Davudun məzmuru. Mixtam*. Talut Davudu öldürmək üçün evini güdməyə adam göndərəndə. 59  Düşmənlərimin əlindən qurtar məni, ey Allahım,Üstümə gələnlərdən məni qoru.   Zalımların əlindən qurtar,Qaniçənlərdən hifz et məni.   Bax! Canım üçün pusqu qurublar,Qoluzorlular mənə hücum edirlər.Halbuki təqsirsizəm, heç bir günahım yoxdur, ey Yehova.   Bir təqsirim yox ikən, hücuma hazırlaşırlar, Səni çağırıram, dur, halıma bax.   İsrailin Allahı Sənsən, ey ordular Allahı Yehova, Qalx, bütün xalqları gözdən keçir, Xainlərin heç birinə rəhm etmə. (Selah)   Onlar hər axşam qayıdırlar,İt kimi mırıldayırlar, şəhərdə sülənirlər.   Gör ağızlarından nələr tökülür,Dodaqları qılınc kimidir,Deyirlər: «Kim eşidəcək?»   Amma Sən Yehova, onlara güləcəksən,Bütün xalqlara rişxənd edəcəksən.   Gözümü Sənə dikmişəm, ey gücüm, qüdrətim.Allah mənim qalamdır. 10  Mənə məhəbbət göstərən Allah dadıma yetər,Düşmənlərimin süqutunu göstərər mənə. 11  Onları öldürmə, qoy xalqım bu şeyləri unutmasın. Böyük gücünlə onları didərgin sal,Ey qalxanımız Yehova, onları yerə vur, 12  Dillərindən çıxan sözlərə, ağızlarının günahına görə.Lənətlərindən, yalanlarından ötrü,Qoy təkəbbürləri onlara tələ olsun. 13  Qəzəbinlə onların axırına çıx,Axırlarına çıx, yox olsunlar.Qoy bilsinlər ki, Allah Yaqubun üzərində, dünyanın ucqarlarınadək hökmranlıq edir. (Selah) 14  Qoy onlar axşam qayıtsınlar,İt kimi mırıldayıb şəhərdə sülənsinlər. 15  Qoy bir tikə çörəkdən ötrü gəzsinlər,Qarınları doymasın, yatmağa yer tapmasınlar. 16  Mən isə Sənin qüdrətinə nəğmə deyərəm,Səhərlər məhəbbətindən şövqlə danışaram, Çünki Sən mənə pənahgah,Dar günümdə sığınacaq oldun. 17  Ey gücüm, qüdrətim, Səni nəğmələrdə tərənnüm edərəm,Allah məhəbbət Allahıdır, mənim qalamdır O!

Haşiyələr