Zəbur 14:1—7

  • Ağılsız adamın təsviri

    • Ağılsızlar deyir: «Yehova yoxdur» (1)

    • «Bir nəfər də düz əməl sahibi yoxdur» (3)

Dirijora. Davudun məzmuru. 14  Ağılsızlar ürəyində: «Yehova yoxdur», — deyir. Onların hərəkətləri pozğun, əməlləri iyrəncdir,Bir nəfər də düz əməl sahibi yoxdur.   Amma Yehova göylərdən bəşər oğullarını seyr edir,Baxır ki, görsün dərk edən, Yehovanı axtaran varmı.   Hamı yolunu azıb,Hamı pozğunlaşıb, Bir nəfər də düz əməl sahibi yoxdur,Bir nəfər belə.   Bədəməllər heç nə başa düşmürmü? Xalqımı çörək yerinə yeyirlər, Yehovanı çağırmırlar.   Bax, onların canına vahimə düşəcək,Çünki Yehova salehlərin* yanındadır.   Məzlumun niyyətini alt-üst etmək istəyirsiniz,Amma o, Yehovaya sığınıb.   Kaş Siondan İsrailin qurtuluşu gələydi! Yehova əsir xalqını qaytaranda,Qoy Yaqub sevinsin, İsrail şadlansın!

Haşiyələr

Hərfən: saleh nəslin.