Zəbur 143:1—12

  • Canım Sənin üçün təşnədir

    • Bütün işlərin barədə fikirləşirəm (5)

    • İradənə əməl etməyi mənə öyrət (10)

    • Qoy ruhun məni hamar yolla aparsın (10)

Davudun məzmuru. 143  Ey Yehova, duamı eşit,Yalvarışımı dinlə, Sədaqətinlə, ədalətinlə mənə hay ver.   Qulunu məhkəməyə çəkmə,Axı Sənin önündə heç kim haqlı çıxa bilməz.   Düşmən məni təqib edir,Məni yerə vurub tapdaladı, Məni çoxdan ölüb gedənlər kimi zülmətdə məskun etdi.   Ruhdan düşmüşəm,Köksümdə ürəyim keyiyib.   Ötən günləri yada salıram,Bütün işlərin barədə fikirləşirəm,Əllərinin işinə diqqət verirəm.   Əllərimi Sənə açmışam,Canım quraq torpaq kimi Sənin üçün təşnədir. (Selah)   Nə olar, mənə tez hay ver, ey Yehova,Taqətim tükənib. Məndən üz döndərmə,Yoxsa qəbrə enənlərə bənzərəm.   Qoy səhərlər məhəbbətini duyum,Çünki Sənə güvənirəm. Mənə yol göstər, o yolla gedim,Çünki Sənə üz tutmuşam.   Məni düşmənlərimdən qurtar, ey Yehova, Sənə pənah gətirmişəm. 10  İradənə əməl etməyi mənə öyrət,Axı Allahım Sənsən. Sənin ruhun gözəldir,Qoy məni hamar yolla* aparsın. 11  Adın xatirinə məni yaşat, ey Yehova, Ədalətinlə canımı dardan qurtar. 12  Məhəbbətinlə düşmənlərimi yox et,Mənə zülm edənləri məhv et,Axı mən Sənin qulunam.

Haşiyələr

Yaxud doğruluq diyarında.