Zəbur 11:1—7

  • Yehovaya sığınmaq

    • «Yehova Öz müqəddəs məbədindədir» (4)

    • Allah zorakılığı sevənlərə nifrət edir (5)

Dirijora. Davudun məzmuru. 11  Yehovaya sığınmışam,+Necə mənə deyirsiniz: «Quş olub dağına uç!  2  Bax, pislər kamanını dartır,Ürəyidüz adamı vurmaq üçün qaranlıqda durub,Oxu yayın üstünə qoyurlar.  3  Təməllər* yıxılanda,Salehin əlindən nə gələr ki?»  4  Yehova Öz müqəddəs məbədindədir,+Yehovanın taxtı göylərdədir,+Gözləri hər kəsi görür, O, bəşər oğullarına göz qoyur.+  5  Bəli, Yehova salehi də, şəri də yoxlayır,+O, zorakılığı sevənlərə nifrət edir.+  6  O, şər adamların üstünə tələ* yağdıracaq;Onların payı alov, kükürd+ və səmum yeli olacaq.  7  Çünki Yehova ədalətlidir,+ saleh əməlləri sevir,+Ürəyidüz adamlar Onun lütfünü* görəcək.+

Haşiyələr

Yaxud ədalət təməlləri.
Digər variant: yanar köz.
Hərfən: üzünü.