Zəbur 76:1—12

  • Sionun düşmənləri üzərində Allahın qələbəsi

    • Allah həlimləri qurtarır (9)

    • Düşmənlərin qürurunu sındırır (12)

Dirijora. Simli alətlərin müşayiətilə. Asəfin məzmuru. 76  Allah Yəhudada tanınır,İsraildə Onun adı ucadır.   Çadırı Səlimdə yerləşir,Siondur Onun məskəni.   Orada qırdı kamandan atılan yanar oxları,Qalxanı, qılıncı, bütün yaraq-yasağı. (Selah)   Sən nura bürünmüsən,Şikar dolu dağlardan da vüqarlısan.   Cəsur ürəkləri ovladın, Yatıb yuxuya daldılar,Ərənlərin qolu sustaldı.   Ey Yaqubun Allahı, Sənin hökmündənArabanı sürən də, at da dərin yuxuya daldı.   Sən, yalnız Sən zəhmlisən! Alovlu qəzəbin qarşısında kim dura bilər?   Sən hökmünü göylərdən elan etdin,Yer qorxdu, sükuta qərq oldu,   Çünki Allah ayağa qalxdı, hökmünü vermək üçün,Dünyanın həlim insanlarını qurtarmaq üçün. (Selah) 10  İnsanın qəzəbi belə, Səni ucaldır,İnsan qəzəbinin son izharı ilə Özünü bəzərsən. 11  Ey Allahın ətrafına toplaşanlar, Allahınız Yehovaya nəzirlər deyin,Onları yerinə yetirin, qorxu içində Ona bəxşiş gətirin. 12  O, rəhbərlərin qürurunu sındırar,Dünyanın padşahlarını dəhşətə salar.

Haşiyələr