Zəbur 3:1—8

  • Təhlükə qarşısında Yehovaya təvəkkül

    • Nə üçün düşmənlərim çoxaldı? (1)

    • «Qurtuluş Yehovadandır» (8)

Oğlu Absalamdan qaçdığı zaman Davudun yazdığı məzmur. 3  Ah Yehova, nə üçün düşmənlərim bu qədər çoxaldı? Nə üçün bir belə adam mənə qarşı çıxır?   Çoxları barəmdə deyir: «Allah onu xilas etməyəcək». (Selah)*   Amma Sən, ey Yehova, mənim qalxanımsan,Mənim şərəfimsən, başımı dikəldən Sənsən.   Mən Yehovanı çağıraram,O, müqəddəs dağından mənə hay verər. (Selah)   Mən uzanıb yataram,Dayağım Yehovadır,Mütləq oyanaram.   Bürüsə də dörd yanımı on minlərlə adam,Onlardan qorxmaram.   Qalx, ey Yehova! Qurtar məni, ey Allahım! Düşmənlərimin əngindən vur,Pislərin dişlərini qır.   Əlin xalqının üzərindədir. Qurtuluş Yehovadandır. (Selah)

Haşiyələr