Zəbur 107:1—43

  • Heyrətli işlərinə görə Allaha şükür edin

    • Onları doğru yolla aparırdı (7)

    • Susuzları və acları doyururdu (9)

    • Onları zülmətdən azad edirdi (14)

    • Sözü ilə onları sağaldırdı (20)

    • Fəqiri zülmdən qoruyur (41)

(107—150-ci məzmurlar) 107  Yehovaya şükür edin, çünki kəramətlidir,Məhəbbəti əbədidir.   Belə desin Yehovanın xilas etdiyi,Düşmən əlindən azad etdiyi kəslər,   Diyar-diyar yığdığı,Şərqdən, qərbdən,Şimaldan, cənubdan topladığı kəslər.   Onlar səhrada, biyabanda dolaşırdılar,Bir şəhərə yol tapmırdılar ki, gedib orada yaşasınlar.   Onlar acırdılar, susayırdılar,Taqətsizlikdən huşlarını itirirdilər.   Dar ayaqda Yehovaya fəryad edirdilər,O da onları əzab-əziyyətdən qurtarırdı.   Məskən salmaq üçün bir şəhərə çatanadəkOnları doğru yolla apardı.   Qoy insanlar Yehovaya şükür etsin məhəbbətinə görə,Bəşər oğlu üçün gördüyü heyrətli işlərinə görə.   Çünki susuzlara su içirdir,Acları nemətlərlə doyurur. 10  Bəziləri zülmətin dibində yaşayırdı,Dəmir buxovlardan əziyyət çəkirdi, məhbus idi, 11  Çünki Allahın sözünə qarşı çıxmışdılar,Haqq-Taalanın məsləhətini rədd etmişdilər. 12  Odur ki, sıxıntılarla ürəklərini ram etdi.Yıxılırdılar, onlara kömək edən olmurdu. 13  Dar ayaqda Yehovadan imdad diləyirdilər,Yenə də onları bəladan qurtarırdı. 14  Onları zülmətin dibindən azad edirdi,Buxovlarını qoparıb açırdı. 15  Qoy insanlar Yehovaya şükür etsinlər məhəbbətinə görə,Bəşər oğullarına göstərdiyi heyrətli işlərinə görə. 16  Mis qapıları sındırdı,Dəmir rəzələri qırdı. 17  Axmaqlar asilikləri ilə,Günahları ilə başlarına bəla açırdılar. 18  Hər yeməkdən iyrənirdilər,Ölümün qapılarına yaxınlaşırdılar. 19  Dar ayaqda Yehovadan imdad diləyirdilər,Yenə də onları bəladan qurtarırdı. 20  Sözünü göndərirdi, onları sağaldırdı,Onları düşdükləri quyulardan çıxarırdı. 21  Qoy insanlar Yehovaya şükür etsinlər məhəbbətinə görə,Bəşər oğullarına göstərdiyi heyrətli işlərinə görə. 22  Qoy şükranlarını qurban gətirsinlər,Onun işlərini sevinc sədaları ilə bəyan etsinlər. 23  Gəmi ilə dənizdə səyahət edənlər,Dəryalarda ticarət edənlər 24  Yehovanın işlərini,Əngin sulardakı xariqələrini, 25  Sözü ilə tufan qopduğunu,Dalğaları qabartdığını gördülər. 26  Onlar göylərə qalxır,Dərinliyə enirlər. Bədbəxtlik yaxınlaşanda canları əldən gedir. 27  Sərxoş adam kimi fırlanır, səndələyirlər,Bacarıqları puça çıxır. 28  Dar ayaqda Yehovaya fəryad edirlər,Onları bəladan qurtarır. 29  Qasırğanı ram edir,Dənizin dalğaları yatır. 30  Sakitlik çökəndə sevinirlər,Onları istədikləri limana aparır. 31  Qoy insanlar Yehovaya şükür etsinlər məhəbbətinə görə,Bəşər oğullarına göstərdiyi heyrətli işlərinə görə. 32  Qoy camaat içində Onu ucaltsınlar,Ağsaqqallar məclisində tərif etsinlər. 33  O, çayları səhraya,Axar suları quraqlığa, 34  Bərəkətli torpağı şoranlığa döndərir,Oradakı sakinlərin şər əməllərinə görə. 35  Səhralığı gölə çevirir,Quraq yerdə çeşmələr qaynadır. 36  Acları orada məskunlaşdırır ki,Şəhər salıb yaşasınlar. 37  Onlar əkin əkir, üzümlüklər salırlar,Bol məhsul toplayırlar. 38  Onlara xeyir-bərəkət verir, çoxalırlar,Mal-qaralarının sayı azalmır. 39  Amma sıxıntı, əzab, qəm-qüssə görəndəYenə xalqın sayı azalır, beli bükülür. 40  O, əsilzadələrin üstünə nifrət yağdırır,Onları yolsuz-rizsiz səhrada sərgərdan edir. 41  Fəqiri isə zülmdən qoruyur,Ailəsini böyüdür, sürü kimi çoxaldır. 42  Dürüst adamlar bunu görüb sevinir,Nadürüstlərsə ağzını yumur. 43  Ağıllı kimdirsə, qoy bunları nəzərə alsın,Yehovanın xeyirxah əməllərinə yaxşı-yaxşı diqqət etsin.

Haşiyələr