Zəbur 17:1—15

  • İmdad duası

    • «Qəlbimi araşdırdın» (3)

    • «Qanadlarının kölgəsində» (8)

Davudun duası. 17  Ey Yehova, haqdan ötrü yalvarışımı dinləİmdad diləyirəm, eşit,Hiyləsiz dilimdən çıxan duaya qulaq ver.   Mənə ədalətli hökmü Sən Özün çıxar,Qoy gözlərin doğruluğu görsün.   Qəlbimi araşdırdın, gecələr məni yoxladın,Məni arıtdın*;Görəcəksən ki, fitnə qurmamışam,Dilimdən günah çıxmayıb.   İnsan əməlinə gəldikdə isə,Sənin sözünə baxıb qarətçinin yolundan uzaq gəzirəm.   Qoy Sənin yollarında addımlayım ki,Ayaqlarım büdrəməsin.   Səni çağırıram, ey Allahım, çünki mənə hay verərsən. Nə olar, qulağını mənə tərəf əy, dediklərimi eşit.   Məhəbbətini xariqələrlə göstər,Ey Sənə qarşı çıxanlardan qaçıbSağ əlinə sığınanların xilaskarı.   Məni göz bəbəyin kimi qoru,Qanadlarının kölgəsində məni gizlət.   Mənə hücum edən şər adamlardan,Məni dövrəyə alan yağı düşməndən məni hifz et. 10  Onlar qabalaşıblar*,Ağızlarından qudurğanlıq tökülür. 11  Addımımızı dövrəyə alırlar,Fürsət axtarırlar, bizi yerə vursunlar. 12  Hər biri aslantək qurbanını parçalamağa can atır,Xəlvətdə pusan gənc aslan kimi gözləyir. 13  Qalx, ey Yehova, onlarla üz-üzə dur, qəddlərini əy,Qılıncını sıyır, canımı pislərdən qurtar. 14  Ey Yehova, Öz əlinlə qurtar məni,Bu dünyanın adamlarından, bu həyatdan pay alan,Qarınlarını naz-nemətlə doldurduğun adamlardan,Çoxsaylı övladlarına miras qoyan adamlardan. 15  Mən isə salehliyimlə üzünü görərəm;Hüzurunda oyanarkən şad oluram.

Haşiyələr

İbrani dilində burada işlənən söz metalın əridilib təmizlənməsini bildirir.
Yaxud piyləniblər.