Zəbur 51:1—19

  • Tövbə duası

    • Hələ ana bətnindən günahlıyıq (5)

    • «Məni günahdan təmizlə» (7)

    • «Məndə təmiz ürək yarat» (10)

    • Peşman ürək Allaha məqbuldur (17)

Dirijora. Davudun məzmuru. Davud Badsəba ilə yaxınlıq edəndən sonra Natan peyğəmbər onun yanına gələndə. 51  Məhəbbətinlə mənə rəhm et, Pərvərdigara, Böyük mərhəmətinlə günahlarımı sil.   Məni təqsirimdən təmizlə,Günahımdan pak et.   Təqsirlərimi yaxşı bilirəm,Günahım gözümün önündə durub.   Sənə, Sənə qarşı günah etdim,Gözündə pis olan işi tutdum, Odur ki, sözlərin haqq,Hökmün adildir.   Mən təqsir içində dünyaya gəldim,Anamın bətninə düşəndən məndə günah yaşayır.   Fəqət Sən ürəkdə qərar tutmuş doğruluğu xoşlayırsan,Ürəyimə əsil hikmət aşıla.   Məni günahdan təmizlə*, pak olum,Məni yu, qardan da ağ olum.   Mənə şənlik, şadlıq sədaları eşitdir ki,Əzib qırdığın sümüklər şəfa tapsın*.   Günahlarımdan üzünü yan çevir,Təqsirlərimin hamısını sil. 10  Məndə təmiz ürək yarat,İçimə təzə, mətin bir ruh qoy. 11  Məni hüzurundan rədd etmə,Nə olar, müqəddəs ruhunu məndən alma. 12  Səndən gələn qurtuluş sevincini qoy yenə dadım,Sənə itaət etməyə həvəs oyat içimdə. 13  Qanunu pozanlara Sənin yollarını öyrədəcəyəm ki,Günahkarlar Sənə sarı dönsün. 14  Ey Allah, ey nicatımın Allahı, məni qan günahından azad et,Qoy dilim Sənin ədalətini şövqlə bəyan etsin. 15  Yehova, nə olar, dodaqlarımı aç,Dilim Sənə təriflər söyləsin. 16  Sən qurban istəmirsən, yoxsa gətirərdim,Yandırma qurbanlarından xoşhal olmursan. 17  Peşman ruhdur Allaha məqbul qurban.Çilik-çilik olmuş, peşman ürəyi rədd etməzsən, ey Allah. 18  Lütfünlə Siona yaxşılıq et,Yerusəlimin divarlarını tik. 19  O zaman salehliklə gətirilən qurbanlar,Yandırma qurbanı, bütöv qurban Sənə xoş olar.O zaman qurbangahında buğalar təqdim ediləcək.

Haşiyələr

Hərfən: məni qaraqınıq ilə günahdan təmizlə.
Hərfən: sevinsin.