Zəbur 71:1—24

  • Ahılların güvənci

    • «Ta gəncliyimdən güvəncim Sənsən» (5)

    • «Gücüm tükənəndə məni tərk etmə» (9)

    • «Allahım, gəncliyimdən bəri mənə tərbiyə verirsən» (17)

71  Sənə sığınmışam, ey Yehova, Heç vaxt məni xəcalətli qoyma.   Ədalətinlə məni qurtar, nicat ver. Nə olar, qulağını mənə tərəf əy, məni xilas et.   Qaya üzərində qala ol mənə,Hər vaxt ora girə bilim. Nə olar, xilasım üçün əmr ver,Axı yalçın qayam, istehkamım Sənsən.   Ey Allahım, məni şər adamın əlindən,İnsafsız zalımın pəncəsindən qurtar,   Çünki ümidim Sənsən, ey Külli-İxtiyar Yehova,Ta gəncliyimdən güvəncim Sənsən.   Doğulduğum gündən Sənə güvənmişəm,Anamın bətnindən məni çıxaran Sənsən, Daima Sənə alqış deyəcəyəm.   Çoxları mənə heyrətlə baxır,Amma Sən möhkəm sığınacağımsan.   Dilim alqışla doludur,Gecə-gündüz Sənin calalından danışır.   Yaşa dolanda məni atma,Gücüm tükənəndə məni tərk etmə. 10  Çünki düşmənlərim əleyhimə danışır,Canımın qəsdinə duranlar birgə məsləhətləşir. 11  Deyirlər: «Allah onu tərk edib, Onu güdüb yaxalayaq, onsuz da dadına çatan olmayacaq». 12  Ey Allah, məndən uzaq durma, Ey Allahım, imdadıma çat. 13  Mənimlə düşmənçilik edənlərBiabır olsunlar, yox olsunlar. Bədbəxtliyimi istəyənlər,Rüsvay olub yerə girsinlər. 14  Mən isə hey Səni gözlərəm,Səni mədh etdikcə, mədh edərəm. 15  Sənin ədalətin dilimdən düşmür,Verdiyin qurtuluşlardan danışıram gecə-gündüz,Hərçənd onları saymaqla qurtarmaz. 16  Ey Külli-İxtiyar Yehova,Gəlib Sənin qüdrətli işlərindən danışacağam,Sənin, yalnız Sənin ədalətindən danışacağam. 17  Ey Allahım, gəncliyimdən bəri mənə tərbiyə verirsən,Bu günədək heyrət doğuran işlərin dilimdədir. 18  Qocalıb saçım ağaranda da məni tərk etmə, ey Allah, Qoy gələcək nəslə də qüvvətli qolundan danışım,Sonrakı nəsillərə qüdrətini söyləyim. 19  Ədalətin göylərə ucalır, ey Allah,Ey Allah, necə böyük işlər görmüsən!Sənin kimisi varmı? 20  Hərçənd mənə çoxlu sıxıntılar, bəlalar göstərdin,Məni yenidən dirçəlt,Yerin dibindən çəkib çıxar. 21  Şan-şöhrətimi artır,Yenə məni qoru, yenə təsəlli ver. 22  Onda Səni telli alətdə vəsf edərəm,Çünki sadiqsən, ey Allahım. Səni çəngdə tərənnüm edərəm,Ey İsrailin Müqəddəsi. 23  Dil-dodağım şövqlə Sənə nəğmə deyər,Çünki canımı xilas etdin. 24  Sənin ədalətin gecə-gündüz dilimdən düşməyəcək,Ölümümü arzulayanlar rüsvay olacaq, xar olacaqlar.

Haşiyələr