Zəbur 111:1—10

  • Möhtəşəm işlərinə görə Yehovaya alqış edin

    • Onun adı müqəddəsdir, zəhmlidir (9)

    • Hikmətin başı Yehovadan qorxmaqdır (10)

111  Yaha* alqış edin! א [Alef] Düz adamların içində, onların məclisindəב [Bet] Bütün qəlbimlə Yehovanı ucaldaram. ג [Qimel]   Yehovanın işləri böyükdür,ד [Dalet] Onlardan həzz alanlar onları araşdırır. ה [He]   Onun əməllərində ehtişam, əzəmət var,ו [Vav] Ədaləti əbədidir. ז [Zayn]   Möhtəşəm işlərini yaddaşlara həkk edir. ח [Xet] Yehova şəfqətlidir, mərhəmətlidir. ט [Tet]   Ondan qorxanların ruzisini yetirər. י [Yud] Əhdini daim yadda saxlar. כ [Kaf]   Xalqların mirasını Öz ümmətinə verərəkל [Lamed] İşlərinin qüdrətini onlara nümayiş etdirib. מ [Mem]   Həqiqətdir, ədalətdir əllərinin işi.נ [Nun] Bütün buyruqları etibarlıdır. ס [Samex]   Onlar həmişə, indidən ta əbədiyyətədək sabitdir,ע [Ayn] Həqiqətdən, salehlikdən yaranmışlar. פ [Pe]   O, xalqına qurtuluş verdi. צ [Tsade] Əhdini əbədilik bərqərar edib. ק [Kof] Onun adı müqəddəsdir, zəhmlidir. ר [Reyş] 10  Hikmətin başı Yehovadan qorxmaqdır. ש [Sin] Əmrlərinə əməl edən ağıllı adamdır. ת [Tav] Qoy O, dünya durduqca mədh olunsun!

Haşiyələr

Yehova adının qısa forması.