Zəbur 122:1—9

  • Yerusəlim üçün sülh diləyi

    • Yehovanın evinə getmək sevinci (1)

    • Vahid, bütöv şəhər (3)

Davudun məzmuru. Şəhərə qalxarkən*. 122  Mənə: «Yehovanın evinə gedək», — deyəndə Sevincim aşıb-daşdı.   İndi isə, ey Yerusəlim,Ayaqlarımız darvazanın kandarında durur.   Yerusəlim gözəl inşa edilib,Vahid, bütöv bir şəhərdir.   İsrailə verilmiş qaydaya görə,Yehovanın adına həmd etmək üçünİsrail qəbilələri,Yahın qəbilələri ora qalxır.   Orada hökm taxtları qurulub,Davud evinin taxtları.   Ey insanlar, Yerusəlimə əmin-amanlıq diləyin. Ey şəhər, səni sevənlər dinc yaşayacaq.   Qoy divarlarının arxasında həmişə sülh olsun,Qala bürclərinin içində dinclik olsun.   Qardaşlarımdan, dostlarımdan ötrü deyirəm: «Qoy səndə əmin-amanlıq olsun!»   Yehova Allahımızın evindən ötrüSənə firavanlıq diləyirəm.

Haşiyələr