Zəbur 136:1—26

  • Yehovanın məhəbbəti əbədidir

    • Göylər və Yer hikmətlə yaradılıb (5, 6)

    • Fironun Qırmızı dənizdə ölümü (15)

    • Allah miskin halda olanları unutmur (23)

    • Bütün canlılara ruzi verir (25)

136  Yehovaya şükür edin! O, kəramətlidir,Məhəbbəti* əbədidir.   Allahlar Allahına şükür edin,Məhəbbəti əbədidir.   Ağalar Ağasına şükür edin,Məhəbbəti əbədidir.   Tək Odur xariqəli işlər görən,Məhəbbəti əbədidir.   Odur göyləri hikmətlə* yaradan,Məhəbbəti əbədidir.   Odur Yeri sular üzərində quran,Məhəbbəti əbədidir.   Odur səmadakı gur işıqları yaradan,Məhəbbəti əbədidir.   Odur gündüzü günəşin ixtiyarına verən,Məhəbbəti əbədidir.   Odur gecəni ayın, ulduzların ixtiyarına verən,Məhəbbəti əbədidir. 10  Odur Misirin ilkinlərini qıran,Məhəbbəti əbədidir. 11  Odur İsraili oradan çıxaran,Məhəbbəti əbədidir. 12  Onları güclü əli, qüvvətli qolu ilə çıxaran,Məhəbbəti əbədidir. 13  Odur Qırmızı dənizi ikiyə ayıran,Məhəbbəti əbədidir. 14  İsraili dənizin dibi ilə aparan,Məhəbbəti əbədidir. 15  Fironla ordusunu Qırmızı dənizə atan,Məhəbbəti əbədidir. 16  Xalqını səhradan keçirib aparan,Məhəbbəti əbədidir. 17  Odur şanlı padşahları yerə vuran,Məhəbbəti əbədidir. 18  Odur qüdrətli padşahları qıran,Məhəbbəti əbədidir. 19  Amorilərin padşahı Sihunu məhv edən,Məhəbbəti əbədidir. 20  Başan padşahı Oqu məhv edən,Məhəbbəti əbədidir. 21  Onların məmləkətini miras verən,Məhəbbəti əbədidir. 22  Qulu İsrailə miras verən,Məhəbbəti əbədidir. 23  Odur miskin halımızda bizi unutmayan,Məhəbbəti əbədidir. 24  Bizi dəfələrlə düşməndən qurtaran,Məhəbbəti əbədidir. 25  Odur bütün canlılara ruzi verən,Məhəbbəti əbədidir. 26  Şükür edin göylərin Allahına,Məhəbbəti əbədidir!

Haşiyələr

Hərfən: məharətlə.