Zəbur 147:1—20

  • Allaha işlərinə görə alqış

    • Qəlbisınıqlara şəfa verir (3)

    • Hər ulduzu adı ilə çağırır (4)

    • Ağ yun kimi qar yağdırır (16)

147  Yaha alqış edin! Allahımızı nəğmələrdə tərənnüm etmək nə yaxşıdır,Ona alqış etmək nə xoşdur, alqış Ona yaraşır.   Yehova Yerusəlimi inşa edir,Pərən-pərən düşmüş İsraili bir yerə toplayır.   O, qəlbisınıqlara şəfa verir,Sızıldayan yaralarını sarıyır.   O, ulduzların sayını hesablayır,Hər birini adı ilə çağırır.   Rəbbimiz əzəmətlidir, qüdrəti böyükdür,Hikməti hədsizdir.   Yehova həlimləri qaldırır,Şər adamları isə yerə vurur.   Yehovaya həmd nəğmələri oxuyun,Allahımızı çəngdə tərənnüm edin.   O, göyləri buludlarla örtür,Yer üzünə yağışlar yağdırır,Dağlarda yaşıl otlar bitirir,   Heyvanları,Çığırışan quzğun balalarını yedizdirir. 10  Ona zövq verən atın gücü deyil,İnsanın möhkəm ayaqları Onu heyrətə salmaz. 11  Yehova Ondan qorxanlardan,Məhəbbətinə ümid bağlayanlardan xoşlanır. 12  Ey Yerusəlim, Yehovanı mədh et! Ey Sion, Allaha alqış söylə! 13  Çünki O, sənin darvazalarının rəzələrini bərkidir,Oğullarına xeyir-bərəkət verir. 14  Torpağına əmin-amanlıq bəxş edir,Səni ən yaxşı buğda ilə bəsləyir. 15  Buyruğunu yerə göndərir,Sözü çapartək sürətlə qaçır. 16  Qar yağdırır, ağ yun kimi,Qırov səpir, kül kimi. 17  Dolu tökür, çörək tikələri kimi, Soyuğuna kim dözər? 18  Əmr edir, onlar əriyir. Küləyi əsdirir, suları axıdır. 19  Sözünü Yaquba,Qayda-qanununu, hökmlərini İsrailə bəyan edir. 20  Başqa heç bir xalqa bunu etməyib,Onlar Onun hökmləri barədə heç nə bilmirlər. Yaha alqış edin!

Haşiyələr