Zəbur 34:1—22

  • Yehova qullarını xilas edir

    • «Yehovanı birgə yüksəldək» (3)

    • Yehovanın mələyi xilas edir (7)

    • «Dadın, görün necə gözəldir Yehova» (8)

    • «Heç bir sümüyü sınmamışdır» (20)

Davudun məzmuru. Əbuməlikin qarşısında özünü dəliliyə vurub qovulanda. א [Alef]* 34  Hər zaman Yehovaya şükür edərəm,Dilim daim Ona alqış deyər. ב [Bet]   Könlüm Yehova ilə öyünər,Həlimlər eşidib sevinər. ג [Qimel]   Yehovanı mənimlə birgə ucaldın,Gəlin Onun adını birgə yüksəldək. ד [Dalet]   Yehovaya üz tutdum, mənə hay verdi, Məni bütün qorxulardan azad etdi. ה [He]   Gözünü Ona dikənlərin çöhrəsi parladı,Üzləri xəcalətdən qızarmaz. ז [Zayn]   Bu məzlum çağırdı, Yehova eşitdi, Bütün bəlalardan onu qurtardı. ח [Xet]   Yehovanın mələyi Ondan qorxanların ətrafında düşərgə qurur,Onları xilas edir. ט [Tet]   Dadın, görün necə gözəldir* Yehova,Ona sığınan nə bəxtiyardır! י [Yud]   Yehovadan qorxun, ey Onun müqəddəs bəndələri,Ondan qorxan korluq çəkməz. כ [Kaf] 10  Gənc, güclü aslanlar ac-yalavac gəzər,Yehovanı axtaranlar heç bir nemətdən korluq çəkməz. ל [Lamed] 11  Gəlin, qulaq asın mənə, ey oğullarım,Sizə Yehovadan qorxmağın nə olduğunu öyrədim. מ [Mem] 12  Kim həyatdan həzz almaq,Yaxşı gün görmək istəyirsə, נ [Nun] 13  Qoy dilini şərdən,Ağzını məkrdən saxlasın. ס [Samex] 14  Qoy şərdən çəkinsin, xeyrə can atsın,Sülh axtarsın, sülhə can atsın. ע [Ayn] 15  Yehovanın gözü salehlərin üzərindədir,Qulağı onların yalvarışını eşidir. פ [Pe] 16  Yehova üzünü şər iş görənlərdən döndərir,Onların adını belə, yer üzündən siləcək. צ [Tsade] 17  Salehlər çağırdı, Yehova eşitdi,Onları bütün bəlalardan qurtardı. ק [Kof] 18  Yehova qəlbisınıqlara yaxındır,Pərişan insanları azad edir. ר [Reyş] 19  Salehin dərdi-səri çox olar,Lakin Yehova onu bütün bəlalardan qurtarar. ש [Şin] 20  Bütün sümüklərini qoruyur,Heç biri sınmamışdır. ת [Tav] 21  Şər adamın başına bəla gələr, onu məhv edər,Salehə nifrət edənlər məhkum olar. 22  Yehova qullarının canını xilas edər,Ona pənah gətirənlərin biri də məhkum edilməz.

Haşiyələr

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.
Yaxud kəramətlidir.