Zəbur 50:1—23

  • Allah sadiq bəndələri ilə şər adamlar arasında hökm çıxarır

    • Allah qurban gətirənlərlə əhd bağlayır (5)

    • «Allah Hakimdir» (6)

    • Bütün heyvanlar Allahındır (10, 11)

    • Allah şər adamları ifşa edir (16—21)

Asəfin məzmuru. 50  Allahlar Allahı Yehova danışır,Gündoğandan günbatanadəkBütün dünyanı çağırır.   Allah Siondan, gözəllik zirvəsindən parlayır.   Allahımız gələcək, susub durmayacaq. Önündən yandırıb-yaxan alov çıxır,Dövrəsində şiddətli fırtınalar qopur.   Xalqını mühakimə etmək üçünYuxarıda göyü, aşağıda yeri səsləyir:   «Qurban gətirib Mənimlə əhd bağlayan kəsləri,Sadiq bəndələrimi yanıma toplayın».   Göylər Onun ədalətini bəyan edir,Çünki Allah Hakimdir. (Selah)   «Dinlə, ey xalqım, Mən danışacağam,Ey İsrail, sənə qarşı şəhadət verəcəyəm. Mənəm Allah, sənin Allahın.   Sizi nə təqdim etdiyiniz qurbanlara görə,Nə də daim hüzuruma gətirdiyiniz yandırma qurbanlarına görə tənbeh etmirəm.   Nə tövlənizdən bir buğaya,Nə ağıllarınızdan bir təkəyə ehtiyacım var. 10  Çünki bütün meşə heyvanları,Min dağda yaşayan heyvanlar Mənimdir. 11  Dağlardakı bütün quşları bir-bir tanıyıram,Çöllərdəki sürü-sürü heyvanlar Mənimdir. 12  Ac olsaydım da, sizə deməzdim,Çünki torpaq, torpağın üstündəki hər şey Mənimdir. 13  Məgər Mən buğa əti yeyirəm?Məgər Mən təkə qanı içirəm? 14  Qoy Allaha gətirdiyiniz qurban şükranlar olsun,Haqq-Taalaya etdiyiniz nəzirləri yerinə yetirin. 15  Dar gününüzdə Məni çağırın, Sizi qurtararam, siz də Məni ucaldarsınız». 16  Şər adamlara isə Allah deyəcək: «Nə haqla qayda-qanunumdan danışırsınız,Əhdimi dilinizə gətirirsiniz? 17  Siz ki öyüd-nəsihətə xor baxırsınız,Sözlərimi qulaqardına vurursunuz. 18  Bir oğru görəndə əlini sıxırsınız*,Zinakara yoldaş olursunuz. 19  Dil-dodağınız ancaq şər yayır,Dilinizdən hiylə əskik olmur. 20  Oturub doğma qardaşınızın əleyhinə danışırsınız,Ananızın oğlunun eyiblərini açırsınız. 21  Siz belə edəndə dinmədim,Elə bildiniz ki, Mən də sizin kimiyəm. Xeyr! Sizi tənbeh edəcəyəm,Əməllərinizi qabağınıza düzəcəyəm. 22  Ey Allahı unudanlar, bunu nəzərə alın,Yoxsa sizi tikə-tikə edərəm, qurtaran olmaz. 23  Şükranlardan qurban gətirən, Məni ucaldır.Haqq yolda möhkəm duranAllahdan nicat görər».

Haşiyələr

Digər variant: ona qoşulursunuz.