Zəbur 32:1—11

  • Xoş o kəsin halına ki, bağışlanır

    • «Günahımı Sənə etiraf etdim» (5)

    • Allah öyrədir (8)

Davudun məzmuru. Maskil*. 32  Xoş o kəsin halına ki, asiliyi bağışlanır, günahı əfv olunur.   Xoş o kəsin halına ki, Yehova onu təqsirli bilməz,Qəlbində hiylə yoxdur.   Mən susduqca bütün günü inildədim, sümüklərim əridi.   Gecə-gündüz əlin* üzərimdə ağır yük oldu, Yayın istisində buxarlanan su kimi, gücüm yox oldu. (Selah)   Nəhayət, günahımı Sənə etiraf etdim,Təqsirimi gizlətmədim. Dedim: «Yehovaya günahlarımı açım». Sən də günahlarımdan keçdin. (Selah)   Buna görə sadiq bəndələr Sənə dua edəcək,Hələ vaxt var ikən Səni axtaracaqlar. Hətta aşıb-daşan sular onları aparmaz.   Pənahgahım Sənsən,Məni bəladan qoruyarsan, Məni qurtuluş sədaları ilə dövrələyərsən. (Selah)   Dedin: «Səni öyrədəcəyəm, doğru yola yönəldəcəyəm, Sənə nəsihət verəcəyəm, gözüm üstündə olacaq.   At kimi, qatır kimi şüursuz olma.Onların dəlisovluğu cilov, noxta ilə ram edilər,Yoxsa yanına gəlməzlər». 10  Pislərin başı çox ağrı çəkər,Yehovaya güvənənləri isə Onun məhəbbəti əhatə edər. 11  Ey salehlər, sevinciniz Yehova olsun, şadlanın,Ürəyidüz olanlar, sevincdən haray salın!

Haşiyələr

Yaxud narazılığın.