Zəbur 146:1—10

  • İnsanlara yox, Allaha güvənin

    • İnsan öləndə düşüncələri yox olur (4)

    • Yehova qəddi əyilənləri dikəldir (8)

146  Yaha alqış edin!+  Qoy bütün varlığım Yehovaya alqış etsin!+  2  Ömrüm boyu Yehovaya alqış edərəm,Nə qədər ki varam, Allahımı nəğmələrdə tərənnüm edərəm.  3  Əsilzadələrə,Qurtuluş verə bilməyən bəşər oğluna güvənməyin.+  4  Onun ruhu* çıxır, özü torpağa qayıdır,+Düşüncələri həmin gündəcə yox olur.+  5  Xoşbəxtdir o kəs ki, köməyi Yaqubun Allahıdır,+Ümidi Allahı Yehovadır.+  6  O Allah ki göyü, yeri,Dənizi, onları dolduran hər şeyi yaradıb,+Həmişə sədaqətlidir,+  7  Məzlumun haqqını qoruyur,Aclara çörək verir.+ Yehova məhbusları azad edir.+  8  Yehova korların gözlərini açır,+Yehova qəddi əyilənləri dikəldir,+Yehova salehləri sevir.  9  Yehova qəribləri qoruyur,Yetimə, dul qadına arxadır,+Pislərinsə niyyətini alt-üst edir.+ 10  Yehova əbədiyyən padşah olacaq,+Ey Sion, Allahın nəsildən-nəslə padşah olacaq. Yaha alqış edin!

Haşiyələr