Zəbur 67:1—7

  • «Dünyanın dörd tərəfində yaşayanlar Ondan qorxacaq»

    • Allahın yolu tanınmalıdır (2)

    • «Qoy xalqlar Səni mədh etsin, ey Allah» (3, 5)

    • Allah bizə xeyir-bərəkət verəcək (6, 7)

Dirijora. Simli alətlərin müşayiətilə. Məzmur. 67  Allah bizə lütf göstərəcək, xeyir-bərəkət verəcək,Üzünün nurunu üstümüzə salacaq. (Selah)   Bütün dünyada Sənin yolun tanınsın,Xilaskar olduğunu bütün xalqlar eşitsin.   Qoy xalqlar Səni mədh etsin, ey Allah,Bütün xalqlar bir ağızdan Səni mədh etsin.   Qoy xalqlar şadlansın, sevinc sədaları yüksəltsin,Çünki Sən ümmətləri ədalətlə mühakimə edəcəksən, Yer üzündə xalqlara rəhbərlik edəcəksən. (Selah)   Qoy xalqlar Səni ucaltsın, ey Allah,Bütün xalqlar bir ağızdan Səni ucaltsın.   Yer üzü bəhrəsini verəcək,Allah, bizim Allahımız bizə ruzi-bərəkət verəcək.   Allah bizə xeyir-bərəkət verəcək,Dünyanın dörd tərəfində yaşayanlar Ondan qorxacaq.

Haşiyələr