Zəbur 145:1—21

  • Böyük padşah olan Allahın şəninə təriflər

    • Allahın böyüklüyünü bəyan edərəm (6)

    • Yehova hamıya qarşı kəramətlidir (9)

    • Sadiq bəndələrin Səni mədh edər (10)

    • Allahın əbədi padşahlığı (13)

    • Allah hamını istəyinə çatdırır (16)

Davudun məzmuru. Mədhiyyə. א [Alef]* 145  Səni ucaldaram, ey Allahım, Padşahım,Əbədiyyən adına alqış edərəm! ב [Bet]   Gecə-gündüz Səni mədh edərəm,Əbədiyyən adına alqış edərəm! ג [Qimel]   Yehova böyükdür, ən gözəl təriflərə layiqdir,Böyüklüyü ağlasığmazdır. ד [Dalet]   Nəsildən-nəslə əməllərin tərif edilər,Qüdrətli işlərin bəyan edilər. ה [He]   Ehtişamından, əzəmətindən danışırlar.Mən də xariqəli işlərin üzərində düşünərəm. ו [Vav]   Heyrətli işlərindən* danışırlar,Mən də böyüklüyünü bəyan edərəm. ז [Zayn]   Bol kəramətindən danışanda sözləri qurtarmaz,Ədalətindən ötrü sevincləri aşıb-daşar. ח [Xet]   Yehova şəfqətlidir, mərhəmətlidir,Çox səbirlidir, məhəbbəti böyükdür. ט [Tet]   Yehova hamıya qarşı kəramətlidir,Bütün işlərində mərhəməti görünür. י [Yud] 10  Bütün işlərin Səni ucaldar, ey Yehova,Sadiq bəndələrin Səni mədh edər. כ [Kaf] 11  Padşahlığının calalından danışar,Qüdrətin haqqında söz açarlar, ל [Lamed] 12  İnsanlara qüdrətli işlərini,Padşahlığının cah-calalını tanıtmaq üçün. מ [Mem] 13  Padşahlığın əbədi padşahlıqdır,Hakimiyyətin nəsildən-nəslə davam edər. ס [Samex] 14  Yehova yıxılanlara dayaq olur,Qəddi əyilənləri ayağa qaldırır. ע [Ayn] 15  Hamısı ümidlə Sənə baxır,Ruzilərini vaxtında verirsən. פ [Pe] 16  Əlini açırsan,Hər bir məxluqu istəyinə çatdırırsan. צ [Tsade] 17  Yehova bütün yollarında ədalətlidir,Hər işində sədaqətlidir. ק [Kof] 18  Yehova Onu çağıranlara,Onu səmimi-qəlbdən* çağıranlara yaxındır. ר [Reyş] 19  Ondan qorxanları muradına çatdırar,Fəryadlarını eşidər, onları qurtarar. ש [Şin] 20  Yehova Onu sevən hər kəsi hifz edir,Lakin pislərin hamısını yox edər. ת [Tav] 21  Dilim Yehovanı mədh edər.Qoy bütün məxluqat əbədiyyən Onun müqəddəs adına alqış desin!

Haşiyələr

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.
Yaxud gücündən.
Yaxud həqiqətdə.