Zəbur 100:1—5

  • Yaradana həmd

    • Yehovaya sevinclə ibadət et (2)

    • Bizi Allah yaradıb (3)

Həmd məzmuru. 100  Ey dünya, Yehovaya şadlıq sədaları yüksəlt!   Yehovaya sevinclə ibadət et, Şadyanalıqla Onun hüzuruna gəl.   Bil ki, Yehovadır Allah, Bizi O yaradıb, biz Ona məxsusuq*, Biz Onun xalqıyıq, otlağının sürüsüyük.   Darvazalarından şükranla keçin,Həyətlərinə mədhlərlə girin. Allaha şükür edin, adına tərif deyin,   Çünki Yehova kəramətlidir,Məhəbbəti əbədidir,Sədaqəti nəsildən-nəslə qalar.

Haşiyələr

Digər variant: bizi O yaradıb, özümüz yox.