Zəbur 12:1—8

  • Yehova ayağa qalxır

    • Allahın sözləri safdır (6)

Dirijora. Şeminit* üstündə. Davudun məzmuru. 12  Ey Yehova, məni qurtar, çünki sadiq adam qalmayıb,Vəfalı adam bəşər oğulları arasından yoxa çıxıb.   Hamı bir-birinə yalan satır,Dil töküb yaltaqlanır, riyakarlıqla* danışır.   Yehova yalan dili qoparsın,Yekəxana danışan ağzı yumsun;   Deyirlər: «Dilimizlə üstün gələrik, Ağız bizim, dil bizim,Kim bizə ağalıq edə bilər?»   Yehova deyir: «Budur, ayağa qalxıram,Çünki məzlumlar sıxışdırılır,Yoxsullar ah-nalə edir, Onları həqarət edənlərdən qoruyacağam».   Yehovanın sözləri safdır,Gil kürədə* əridilmiş, yeddi dəfə saflaşdırılmış gümüşə bənzər.   Ey Yehova, Sən Özün onları qoruyacaqsan,Hər birini bu nəsildən əbədilik hifz edəcəksən.   Şər adamlar asudə gəzir,Çünki bəşər oğulları azğınlığı tərənnüm edir.

Haşiyələr

Yaxud haça ürəklə.
Digər variant: yerdə qoyulan əritmə kürəsində.