Zəbur 5:1—12

  • Yehova salehin pənahgahıdır

    • Allah zalıma nifrət edir (4, 5)

    • «Məni haqq yolunda apar» (8)

Dirijora. Davudun məzmuru. Nehilot* üçün. 5  Ey Yehova, eşit sözlərimi,Ah-zarıma diqqət ver.   Sənə yalvarıram, ya Padşahım, Allahım,Fəryadıma qulaq as.   Sübh çağı səsimi eşidərsən, ey Yehova,Səhər çağı ürəyimi Sənə açaram, durub cavab gözləyərəm.   Çünki Sən şərdən xoşlanan Allah deyilsən,Sənin yanında pis adama əsla yer yoxdur.   Dikbaş adamlar hüzurunda dayana bilməz. Zalımlara nifrət edirsən,   Yalan danışanları məhv edərsən. Zorakı, hiyləgər adamdan ikrah edirsən, ey Yehova.   Mən isə böyük məhəbbətin sayəsində Sənin evinə gələrəm,Müqəddəs məbədinə sarı dönüb ehtiramla səcdə qılaram.   Ey Yehova, məni haqq yolunda apar,Düşmənlərimə görə önümdə yolunu hamar et.   Onların ağzından düz söz çıxmır,Ürəkləri pislik yuvası,Boğazları açıq qəbirdir,Yağlı dillərini işə salırlar. 10  Ey Allahım, onları təqsirkar çıxararsan,Qazdıqları quyuya özləri düşərlər. Qoy hədsiz günahlarına görə uzaqlara atılsınlar,Çünki onlar Sənə qarşı qalxıblar. 11  Sənə pənah gətirənlər isə sevinər,Hey sevinc sədaları ucaldar. Qanadını onların üzərinə gərərsən,Adını əziz tutanların hədsiz sevinci Sən olarsan. 12  Çünki Sən, saleh adamı mübarək edərsən, ey Yehova,Lütfün onun ətrafında qalxan olar.

Haşiyələr