Zəbur 2:1—12

  • Yehova və Onun məsh etdiyi

    • Yehova xalqlara gülür (4)

    • Yehova padşah təyin edir (6)

    • Oğula ehtiram (12)

2  Niyə xalqlar vurnuxur,Ümmətlər boş-boş fitnə qurur?   Dünyanın padşahları qalxır,Rəhbərləri bir nəfər kimiYehovaya və Onun məsh etdiyinə* qarşı birləşir.   «Onların buxovlarını qoparaq,İplərini üzərimizdən sıyırıb ataq», — deyirlər.   Taxtı göylərdə olan güləcək,Yehova onlara istehza edəcək.   O zaman onlarla qəzəblə danışacaq,Hiddəti onları lərzəyə salacaq,   «Mən padşahımı müqəddəs dağımda,Sionda əyləşdirmişəm!» — deyəcək.   Yehovanın fərmanını bəyan edirəm;O, mənə dedi: «Sən Mənim oğlumsan,Bu gün Mən sənə ata oldum,   İstə Məndən, xalqları miras kimi verim sənə,Yer üzü başdan-başa sənin mülkün olsun.   Onları dəmir dəyənəklə qıracaqsan,Saxsı qab kimi çilik-çilik edəcəksən». 10  İndi, ey padşahlar, düşünün,Ey yer üzünün hakimləri, ağlınızı başınıza yığın, 11  Yehovadan qorxun və Ona xidmət edin,Onun önündə titrəyərək sevinin. 12  Oğula ehtiram göstərin* ki, Allah qəzəblənməsin,Siz də getdiyiniz yolda məhv olmayasınız,Çünki Onun qəzəbi qəfil alışar. Nə xoşbəxtdir Ona pənah gətirənlər!

Haşiyələr

Yaxud Məsihinə.
Hərfən: oğulu öpün.