Zəbur 62:1—12

  • Gerçək qurtuluş Allahdan gəlir

    • «Sakitcə Allahı gözləyirəm» (1, 5)

    • Ürəyinizi Allaha açın (8)

    • İnsan adi bir nəfəsdir (9)

    • Ürəyinizi var-dövlətə bağlamayın (10)

Dirijora. Yaditun* üçün. Davudun məzmuru. 62  Sakitcə Allahı gözləyirəm, Qurtuluşum Ondandır.   O, mənim qayam, xilaskarım, qalamdır,Sarsılmaram, yıxılmaram.   Nə vaxtadək adamın üstünə gəlib qanını tökməyə can atacaqsınız? Hər biriniz əyilmiş divar, bir üfürümə bənd daş divar kimi xatalısınız*.   Adamı şərəfdən salmaq üçün məşvərət qururlar,Yalanı sevirlər. Dildə xeyir-dua, ürəkdə isə lənət oxuyurlar. (Selah)   Ey qəlbim, sükut et, Allahı gözlə,Çünki ümidim Ona bağlıdır.   O, mənim qayam, xilaskarım, qalamdır,Əsla sarsılmaram.   Qurtuluşum, şərəfim-şanım Allahdandır, Sarsılmaz qayam, pənahım Allahdır.   Ey insanlar, daim Ona güvənin. Ürəyinizi Ona açın. Allahdır sığınacağımız. (Selah)   İnsan adi bir nəfəsdir,Bəşər oğlu yalandır, Hamısını toplayıb tərəziyə qoysan, nəfəsdən də yüngül gələr. 10  Quldurluğa güvənməyin,Soyğunçuluğa arxalanmayın əbəs yerə, Var-dövlətiniz çoxalsa da, ürəyinizi ona bağlamayın. 11  Allah bir dəfə dedi, mən iki dəfə eşitdim: Qüdrət Allahındır! 12  Məhəbbət də Sənindir, ey Yehova,Hər kəsə əməlinə görə verirsən.

Haşiyələr

Digər variant: ey sizlər, sanki, o, bir əyilmiş divar, bir üfürümə bənd daş divardır.