Zəbur 97:1—12

  • Yehova başqa allahlardan ucadır

    • Yehova padşah oldu! (1)

    • Yehovanı sevin, pisliyə nifrət edin (10)

    • Saleh adam üçün parlayan işıq (11)

97  Yehova padşah oldu! Qoy yer sevinsin, Adalar şadlansın.   Buludlar, qatı zülmət Onun ətrafındadır,Doğruluq və ədalət taxtının təməlidir.   Önündə alov gedir,Hər tərəfdə düşmənlərini yandırıb kül edir.   Şimşəkləri torpağı işıqlandırır,Yer bunu görüb titrəyir.   Dağlar mum kimi əriyir Yehovanın önündə,Xudavəndi-aləmin önündə.   Göylər Onun ədalətini bəyan edir,Xalqlar Onun calalını görür.   Qoy utansın oyma bütlərə qulluq edənlər,Puç allahları ilə öyünənlər. Onun qarşısında əyilin, ey bütün allahlar!   Ey Yehova,Hökmlərini eşidəndə Sion sevindi,Yəhuda şəhərləri* şadlandı.   Çunki dünyada Haqq-Taala Sənsən, ey Yehova,Bütün allahlardan qat-qat ucasan. 10  Ey Yehovanı sevənlər, pisliyə nifrət edin, O, sadiq bəndələrinin canını hifz edir,Onları pislərin əlindən qurtarır. 11  Saleh adam üçün işıq parladı,Ürəyidüz adamlar üçün sevinc ələndi. 12  Ey salehlər, Yehova olsun sevinciniz,Onun müqəddəs adına şükür edin!

Haşiyələr

Hərfən: qızları.