Zəbur 70:1—5

  • Davud çıxılmaz vəziyyətdə

    • «Dadıma tez yetiş» (5)

Dirijora. Davudun məzmuru. Öyüd üçün. 70  Aman Allahım, qurtar məni,Ey Yehova, tez gəl, dadıma yetiş!   Qoy canımın qəsdinə duranlarRüsvay olsun, rəzil olsun. Qoy fəlakətimə sevinənlərBiabır olub geri çəkilsin.   «Oxay, əcəb oldu!» — deyənlər Xəcalətdən geri dönsün.   Qoy Səni axtaranlarSəndə sevinc tapsın, fərəhlənsin. Səndən nicat gözləyənlər durmadan: «Qoy Allah ucalsın!» — desin.   Köməksizəm, fəqirəm,Pərvərdigara, dadıma tez yetiş, Yardımçım, xilaskarımsan.Nə olar, ləngimə, ey Yehova.

Haşiyələr