Zəbur 120:1—7

  • Sülh axtaran qərib

    • Canımı hiyləgər dildən qurtar (2)

    • Mən sülh istəyirəm (7)

Məzmur. Şəhərə qalxarkən*. 120  Dar ayaqda Yehovanı çağırdım,Mənə hay verdi.   Ey Yehova, canımı yalan danışan dodaqlardan,Hiyləgər dildən qurtar.   Ey hiyləgər dil, bilirsən, Allah sənə nə edəcək?Bilirsən, cəzan nə olacaq?   Cəngavərin iti oxları,Süpürgə kolunun yanar közləri.   Yazıq canım, Məşəqdə qəribəm, Qədar çadırları arasında yaşayıram.   Gör neçə vaxtdırSülhə düşmən olanların arasında yaşayıram.   Mən sülh istəyirəm,Amma ağzımı açan kimi davaya qalxırlar.

Haşiyələr