Zəbur 36:1—12

  • Allahın məhəbbəti

    • Pis adam Allah qorxusu bilmir (1)

    • Allah həyat mənbəyidir (9)

    • «Sənin nurunla görürük biz nur» (9)

Dirijora. Yehovanın qulu Davudun məzmuru. 36  Pis adamın ürəyinin dərinliyində günah pıçıldayır,O, Allah qorxusu bilmir.   Özündən elə razıdır ki,Nə günahını görür, nə ondan ikrah edir.   Dilindən fitnə-fəsad düşmür,Yaxşı iş görməyə düşüncəsi çatmır.   Yatağında belə, fitnə qurur, Əyri yolda dayanır,Şəri özündən qovmur.   Ey Yehova, Sənin məhəbbətin göylərə çatır,Sədaqətin buludlara dirənir.   Ədalətin vüqarlı dağlar kimidir,Hökmlərin əngin sulara bənzər. Ey Yehova, insanı da, heyvanı da Sənsən qoruyan.   Pərvərdigara, məhəbbətin* necə də əzizdir! Bəşər oğulları qanadlarınınKölgəsinə sığınar.   Evinin nemətlərini bol-bol dadırlar,Gur axan zövq-səfa sularını içirdirsən onlara.   Həyat mənbəyi Sənsən,Sənin nurunla görürük biz nur. 10  Səni tanıyanlardan məhəbbətini,Ürəyidüz adamlardan ədalətini əsirgəmə. 11  Qoyma təkəbbürlü adam üstümə ayaq alsın,Şər adam məni yurd-yuvamdan etsin. 12  Bax, günahkarlar yıxıldı,Yerə sərildi, ayağa dura bilmirlər.

Haşiyələr