Zəbur 140:1—13

  • Qüdrətli xilaskar Yehova

    • Pislərin dili — ilan dili (3)

    • Qəddar adamın yıxılması (11)

Dirijora. Davudun məzmuru. 140  Ey Yehova, məni şər adamlardan qurtar,Zalımlardan qoru.   Onlar ürəklərində fitnə qururlar,Bütün günü dava axtarırlar.   Dilləri ilan dili kimi itidir,Ağızlarında gürzə zəhəri var. (Selah)   Ey Yehova, məni şər adamlardan,Zalımlardan qoru,Onlar mənə badalaq vurmaq istəyirlər.   Məğrurlar mənə tələ qururlar,Yolumun üstündə iplərdən tor sərirlər, Mənə cələ qururlar. (Selah)   Yehovaya deyirəm: «Sən mənim Allahımsan. Ey Yehova, yalvarışlarımı eşit».   Ey Külli-İxtiyar Yehova, qüdrətli xilaskarım,Döyüş günü başımın üzərində qalxan tutursan.   Ey Yehova, qoyma pislər murada çatsın, Qoyma qəsdləri baş tutsun, qürrələnsinlər. (Selah)   Ətrafımı bürüyənlərin ağzından çıxan pislikQoy öz başlarına gəlsin. 10  Qoy başlarına köz tökülsün, Oda düşsünlər,Dərin çalaya düşsünlər, daha dura bilməsinlər. 11  Böhtançı adam yer üzündə kök salmasın, Pislik qəddar adamı izləyib yerə vursun. 12  Bilirəm ki, Yehova məzlumu müdafiə edəcək,Yoxsula adil hökm çıxaracaq. 13  Salehlər Sənin adına şükür edəcək,Əməlisalehlər önündə yaşayacaq.

Haşiyələr