Zəbur 128:1—6
Məzmur. Şəhərə qalxarkən*.
128 Nə xoşbəxtdir Yehovadan qorxan,+Onun yolları ilə yeriyən insan!+
2 Sən öz zəhmətinin bəhrəsini yeyəcəksən,Səadət və uğur sənə yar olacaqdır.+
3 Evində arvadın bar gətirən üzüm meynəsi kimi,+Süfrə arxasında övladların zeytun pöhrələri kimi olacaq.
4 Bax, Yehovadan qorxan adamBu cür xeyir-bərəkət alacaq.+
5 Yehova Siondan sənə xeyir-bərəkət verəcək.
Ömrün boyu Yerusəlimi xoş güzəranlı görəsən,+
6 Oğullarının oğullarını görəsən!
Qoy İsraildə əmin-amanlıq olsun!