Zəbur 135:1—21

  • Yahın ucalığına alqış edin

    • Misirə qarşı əlamətlər, möcüzələr (8, 9)

    • Sənin adın əbədidir (13)

    • Cansız bütlər (15—18)

135  Yaha alqış edin! Yehovanın adına alqış edin!Yehovaya alqış edin, ey Onun qulları,   Ey Yehovanın evində,Allahımızın evinin həyətlərində duranlar.   Yaha alqış edin, çünki Yehova kəramətlidir, Adını nəğmələrdə tərənnüm edin, çünki bu, xoşdur.   Yah Yaqubu Özü üçün seçib,İsrail Onun xüsusi mülküdür.   Yehova ucadır, bunu bilirəm,Rəbbimiz bütün allahlardan yuxarıdır.   Göydə və yerdə, dənizlərdə, bütün ümmanlardaYehova istədiyi hər şeyi edir.   O, yerin ucqarlarından bulud qaldırır,Yağış üçün şimşək çaxdırır*,Anbarlarından külək çıxarır.   O, Misirin ilkinlərini vurdu,Həm insanı, həm heyvanı.   Ey Misir, sənin torpaqlarında fironla nökər-naibinin üzərinəƏlamətlər, möcüzələr göndərdi. 10  O, neçə-neçə xalqı qırdı,Qüdrətli padşahları məhv etdi, 11  Amorilərin padşahı Sihunu,Başan padşahı Oqu,Bütün Kənan padşahlıqlarını məğlub etdi. 12  Onların torpağını miras verdi,Xalqı İsrailə miras verdi. 13  Ey Yehova, Sənin adın əbədidir, Ey Yehova, şan-şöhrətin nəsildən-nəslə keçir. 14  Yehova xalqını müdafiə edər,Bəndələrinə şəfqət göstərər. 15  Xalqların bütləri qızıldır, gümüşdür,İnsan əlinin işidir. 16  Ağızları var, danışa bilmir,Gözləri var, görə bilmir, 17  Qulaqları var, eşidə bilmir, Ağızlarında nəfəs yoxdur. 18  Onları düzəldənlər də,Onlara güvənənlər də onlar kimi olacaq. 19  Ey İsrail evi, Yehovaya alqış edin, Ey Harun evi, Yehovaya alqış edin, 20  Ey Lavi evi, Yehovaya alqış edin, Ey Yehovadan qorxanlar, Yehovaya alqış edin! 21  Yerusəlimdə məskən salmış YehovayaSiondan mədhlər ucalsın. Yaha alqış edin!

Haşiyələr

Digər variant: yağış üçün qapılar düzəldir.