Zəbur 86:1—17

  • Yehova kimisi yoxdur

    • Yehova bağışlamağa hazırdır (5)

    • Bütün xalqlar Yehovanın önündə səcdə edəcək (9)

    • Mənə Öz yolunda təlim ver (11)

    • Ürəyimi bütöv et (11)

Davudun duası. 86  Dinlə məni, ey Yehova, mənə hay ver,Axı məzlumam, yazığam.   Nə olar, canımı qoru, mən ki sadiqəm. Sənə güvənən bu bəndəni qurtar,Axı Sənsən mənim Allahım.   Bütün günü Səni çağırıram,Ey Yehova, mənə lütf göstər.   Qulunun könlünü sevindir, ey Yehova,Sənə üz tutmuşam.   Ey Yehova, kəramətlisən, bağışlayansan,Səni çağıranlara qarşı məhəbbətin boldur.   Duamı dinlə, Yehova,Nə olar, yalvarışıma nəzər sal.   Dar günümdə Səni çağırıram,Bilirəm, Sən məni cavabsız qoymazsan.   Ey Yehova, allahlar arasında Sənin kimisi yoxdur,Əməllərinin tayı-bərabəri yoxdur.   Xəlq etdiyin bütün xalqlarHüzuruna gəlib önündə səcdə edəcək, ey Yehova,Sənin adını mədh edəcək. 10  Çünki böyüksən, xariqələr yaradırsan,Yalnız Sənsən Allah! 11  Yehova, mənə Öz yolunda təlim ver, Həqiqətində addımlayım. Ürəyimi bütöv et ki, adından qorxum. 12  Yehova Allahım, bütün qəlbimlə Səni ucaldıram,Əbədiyyən adını mədh edəcəyəm, 13  Çünki mənə bəslədiyin məhəbbət böyükdür,Canımı Məzarın* dibindən azad etdin. 14  Ey Allahım, qürrəlilər əleyhimə qalxır,Zalımlar dəstəsi canıma qəsd edir,Səni saymır onlar. 15  Amma Sən, ey Yehova, rəhmli, mərhəmətli Allahsan,Səbirlisən, məhəbbətin, sədaqətin boldur. 16  Mənə tərəf dön, mənə lütf göstər. Nə olar, bu bəndənə qüvvət ver,Kənizinin oğlunu xilas et. 17  Kəramətindən mənə bir nişan ver,Qoy mənə nifrət edənlər bunu görüb utansın. Çünki, ey Yehova, yardımçım, təsəllim Sənsən.

Haşiyələr

İbr. şeol. Lüğətə bax.