Zəbur 116:1—19

  • Şükran nəğməsi

    • Yehovaya nə verə bilərəm? (12)

    • Nicat piyaləsini götürərəm (13)

    • Nəzirlərimi yerinə yetirərəm (14, 18)

    • Sadiqlərin ölümü bahadır (15)

116  Yehovanı sevirəm,Çünki eşidir* səsimi, eşidir yalvarışımı.   Qulağını mənə tərəf əyir.Nə qədər ki varam, Onu səslərəm.   Ölüm ipləri mənə dolanmışdı,Məzar məni ağuşuna almışdı*, Dərd-bəla məni üstələmişdi.   Amma mən Yehovanın adını çağırdım: «Aman, Yehova, qurtar canımı!»   Yehova şəfqətlidir, ədalətlidir,Allahımız mərhəmətlidir.   Yehova naşı adamı hifz edir. Rəzil olmuşdum, O, məni qurtardı.   Qoy könlüm yenə rahat olsun,Çünki Yehova mənə yaxşılıq etdi.   Sən canımı ölümdən,Gözümü yaş tökməkdən, ayağımı büdrəməkdən qurtardın.   Mən Yehovanın önündə, işıqlı dünyada* gəzəcəyəm. 10  İman etdiyim üçün danışdım,Hərçənd əzablar içində idim. 11  Təlaşa düşəndə dedim: «Bütün insanlar yalançıdır». 12  Mənə etdiyi yaxşılıqların əvəzindəYehovaya nə verə bilərəm? 13  Nicat piyaləsini götürərəm,Yehovanın adını çağıraram. 14  Yehovaya dediyim nəzirləri yerinə yetirərəm,Bütün xalqının önündə. 15  Sadiq bəndələrinin ölümüYehova üçün bahadır. 16  Amandır, ey Yehova,Mən ki Sənin qulunam, Qulunam, kənizinin oğluyam. Sən məni buxovlardan azad etdin. 17  Sənə şükranlardan qurban gətirərəm,Yehovanın adını çağıraram. 18  Yehovaya dediyim nəzirləri yerinə yetirərəm,Bütün xalqının önündə, 19  Yehovanın evinin həyətində,Sənin mərkəzində, ey Yerusəlim. Yaha alqış edin!

Haşiyələr

Digər variant: mən sevirəm, çünki Yehova eşidir.
Hərfən: şeolun bəlası məni tapmışdı. Lüğətdə «Məzar» sözünə bax.
Hərfən: dirilər ölkəsində.