Zəbur 93:1—5

  • Yehovanın əzəmətli hökmranlığı

    • «Yehova padşah oldu!» (1)

    • Öyüdlərin etibarlıdır (5)

93  Yehova padşah oldu! Əzəməti geyindi,Yehova qüdrətə büründü,Onu qurşaq kimi taxdı. Yer möhkəm qurulub,Əsla sarsılmaz.   Taxtın əvvəldən qurulub,Sən əzəldən bəri varsan.   Çaylar kükrədi, ey Yehova,Çaylar kükrəyib uğuldadı.Çaylar kükrəyib gur-gur axır.   Ucalarda olan əzəmətli Yehova,Əngin suların uğultusundan möhtəşəm,Dənizlərin nəhəng dalğalarından güclüdür.   Öyüdlərin etibarlıdır. Müqəddəslik daim Sənin evini bəzəyir, ey Yehova.

Haşiyələr