Zəbur 141:1—10

  • Müdafiə haqqında dilək

    • Duam önündə buxur kimi olsun (2)

    • Salehin tənbehi başa çəkilən yağ kimidir (5)

    • Pislər öz torlarına düşəcək (10)

Davudun məzmuru. 141  Aman, Yehova, Səni çağırıram, Nə olar, dadıma tez yetiş, Səni çağıranda yalvarışımı eşit.   Qoy Sənin önündə duam hazırlanmış buxur kimi,Göyə açılmış əllərim axşamın taxıl təqdiməsi kimi olsun.   Ey Yehova, dilimə nəzarətçi,Dodaqlarımın qapısına gözətçi qoy.   Qoyma qəlbim pisliyə meyil etsin,Bədəməl adamların mənfur işlərinə şərik olsun,Qoyma onların ləziz təamlarından dadım.   Saleh adam məni vursa, istədiyindəndir,Məni tənbeh etsə, sanki, başıma yağ çəkər,Bunu əsla rədd etmərəm. Başına bəla gəlsə də, duamda onu xatırlaram.   Xalqın hakimlərini qayalardan aşağı atırlar,Məni isə xalq dinləyəcək, çünki sözlərim xoşdur.   Yer şumlanarkən torpaq səpələndiyi kimi,Sümüklərimiz Məzarın* içinə səpələndi.   Amma mən gözlərimi Sənə dikmişəm, ey Külli-İxtiyar Yehova, Sənə sığınmışam, Canımı alma.   Məni bədəməl adamların tələsindən,Mənə qurulmuş tələnin ağzından qoru. 10  Pislərin hamısı öz torlarına düşəcək,Mən isə sağ-salamat keçib-gedəcəyəm.

Haşiyələr

İbr. şeol. Lüğətə bax.