Zəbur 31:1—24

  • Yehovaya sığınmaq

    • Ruhumu əlinə əmanət edirəm (5)

    • Haqq Allahı Yehova (5)

    • Allahın kəraməti boldur (19)

Dirijora. Davudun məzmuru. 31  Sənə sığınmışam, ey Yehova, Qoyma xəcil olum. Ədalətin naminə məni qurtar.   Qulağını mənə sarı əy, İmdadıma çat, məni xilas et. Dağ üstündə istehkamım ol,Möhkəm bir qalatək hifz et məni.   Axı yalçın qayam, istehkamım Sənsən,Adın naminə məni yönəldirsən, yol göstərirsən.   Məni gizlində qoyulmuş tordan qoruyarsan,Axı qalam Sənsən.   Ruhumu Sənin əlinə əmanət edirəm. Ey haqq Allahı* Yehova, Sən məni qurtarmısan.   Mənasız, boş bütlərə səcdə qılanlara nifrət edirəm,Mən Sənə arxalanıram, ey Yehova.   Sənin məhəbbətində hədsiz sevinc tapacağam,Çünki əzab-əziyyətimi gördün,Qəlbimdəki dərdi bilirsən.   Məni düşmən əlinə salmadın,Ayaq qoyduğum yeri genişləndirirsən.   Dardayam, ey Yehova, mənə lütf göstər, Dərddən gözümün nuru sönüb, vücudum quruyub. 10  Ömrüm qəm-qüssə ilə,İllərim ah-zarla keçir. Təqsirim ucbatından məndə taqət qalmayıb,Sümüklərim əriyib gedir. 11  Mənə rişxənd edir bütün düşmənlər,Qonum-qonşu isə onlardan betər, Tanış-biliş məndən səksənir,Çöl-bayırda məni görəndə qaçırlar. 12  Ölmüş adam kimi yadlarından çıxmışam, unudulmuşam.Sınıq qab kimi olmuşam. 13  Çoxlu iftiralar eşidirəm,Hər yandan məni dəhşət bürüyür. Onlar mənə qarşı birləşir,Canımı almaq üçün tədbir tökürlər. 14  Amma mən, ey Yehova, Sənə güvənirəm. «Allahım Sənsən!» — deyirəm. 15  Həyatım Sənin əlindədir, Məni düşmənlərin, təqibçilərin əlindən qurtar. 16  Üzünün nurunu qulunun üstünə sal, Məhəbbətinlə məni qurtar. 17  Ey Yehova, Səni çağıranda qoyma xəcil olum. Qoy şər adamlar rüsvay olsunlar,Qoy onlar Məzarda* sussunlar. 18  Yalançı dillər,Salehin əleyhinə lovğalıqla, həqarətlə danışan azğın dillər lal olsun. 19  Sənin kəramətin necə boldur! Onu səndən qorxanlar üçün saxlayırsan,Hamının önündə Sənə sığınanlara göstərirsən. 20  Onları insanların qəsdindən qoruyubHüzurunun pənahına alırsan;Davakar dillərdənÇadırında gizlədirsən. 21  Şükür olsun Yehovaya!Mühasirəyə düşmüş şəhərdə ağlasığmaz yollarla mənə məhəbbətini göstərdi. 22  Təlaşa düşüb demişdim: «Gözlərinin qabağından yox olacağam». Lakin Səndən imdad diləyəndə fəryadımı eşitdin. 23  Yehovanı sevin, ey Onun sadiq bəndələri! Yehova vəfalı bəndələri hifz edər,Təkəbbürlü adamın cəzasını artıqlaması ilə verər. 24  Siz, ey Yehovaya güvənənlər,Cəsur olun, möhkəm olun!

Haşiyələr

Yaxud etibarlı Allah.
İbr. şeol. Lüğətə bax.