Zəbur 87:1—7

  • Allahın şəhəri Sion

    • Sionda doğulanlar (4—6)

Qarun oğullarının məzmuru. 87  Müqəddəs dağlar Allahın şəhərinin təməlidir.   Yaqubun bütün çadırlarından çoxSion darvazaları Yehovaya əzizdir.   Ey Allahın şəhəri, səni tərif edirlər. (Selah)   Məni tanıyanlar sırasında Rahabın*, Babilin adını çəkərəm,Filişt, Sur, Kuş da bu sıradadır. Deyəcəklər: «Bunlar Sionda doğulub».   Sion barədə isə deyiləcək: «Bunların hər biri orada doğulub». Haqq-Taala onu bərkidəcək.   Yehova xalqları siyahıya alanda: «Bu da orada doğulub», — deyə bəyan edəcək. (Selah)   Müğənnilər, halay vurub rəqs edənlər: «Bütün çeşmələrim səndədir», — deyəcək.

Haşiyələr

Ehtimal ki, Misir.