Zəbur 103:1—22

  • Yehovaya alqış et, ey varlığım

    • Allah günahlarımızı bizdən uzaqlaşdırır (12)

    • Allah ata kimi rəhmlidir (13)

    • Allah torpaq olduğumuzu unutmur (14)

    • Yehovanın taxtı və hökmranlığı (19)

    • Mələklər Allahın sözünə əməl edirlər (20)

Davudun məzmuru. 103  Yehovaya alqış et, ey varlığım,Ey vücudum, Onun müqəddəs adına alqış et!   Yehovaya alqış et, ey varlığım,Onun yaxşılıqlarını unutma.   Odur günahlarını bağışlayan,Dərdlərinə şəfa verən,   Odur sənin həyatını qəbirdən qurtaran,Başına məhəbbət, mərhəmət tacı qoyan.   O, səni ömrün boyu yaxşı nemətlərlə doyurur,Sən də qartal kimi təzələnirsən, cavanlaşırsan.   Yehova bütün məzlumlaraHaqq və ədalət göstərir.   O, yolunu Musaya,İşlərini İsrail oğullarına əyan etdi.   Yehova mərhəmət, şəfqət sahibidir,Səbirlidir, məhəbbəti* boldur.   Daim nöqsan axtarmaz,Əbədiyyən acıqlı qalmaz. 10  Bizimlə günahlarımıza görə rəftar etmir,Təqsirlərimizə görə payımıza düşən cəzanı vermir. 11  Çünki göylər yerdən nə qədər ucadırsa,Məhəbbəti də Ondan qorxanlara o qədər böyükdür. 12  Şərq qərbdən nə qədər uzaqdırsa,Günahlarımızı bizdən o qədər uzaqlaşdırdı. 13  Ata övladlarına necə rəhm edirsə,Yehova Ondan qorxanlara elə rəhm edir. 14  Çünki necə yarandığımızı yaxşı bilir,Torpaq olduğumuzu unutmur. 15  Fani insanın ömrü ot ömrü kimi qısadır,Çəmən gülləri kimi çiçək açar, 16  Üstündən yel əsən kimi yox olar,Elə bil, heç vaxt o yerdə bitməyib. 17  Yehovanın məhəbbəti isə əbədiyyənOndan qorxanlarladır.Ədalətini onların nəvələrinə, 18  Əhdinə bağlı qalanlara,Əmrlərini unutmayıb əməl edənlərə göstərir. 19  Yehova taxtını göylərdə bərqərar edib,O, hər şeyin üzərində hökmranlıq edir. 20  Yehovaya alqış edin, ey Onun mələkləri, ey qüdrətlilər,Ey Onun sözünü eşidib əməl edənlər! 21  Yehovaya alqış edin, ey Onun bütün orduları,Ey Onun iradəsinə xidmət edənlər! 22  Yehovaya alqış et, ey xilqət,Onun hökmranlıq etdiyi hər yerdə! Yehovaya alqış et, ey varlığım!

Haşiyələr