Markın yazdığı müjdə 2:1—28

  • İsa iflici sağaldır (1—12)

  • Lavini çağırır (1—12)

  • Oruc barədə sual (18—22)

  • İsa şənbənin ağasıdır (23—28)

2  Bir neçə gündən sonra İsa yenə də Kəfərnahuma gəldi. Xəbər yayıldı ki, o, evdədir.+  Oraya o qədər adam toplaşdı ki, hətta qapının ağzında da yer qalmadı. İsa onlara Allahın sözünü danışmağa başladı.+  Həmin vaxt dörd kişi iflic olmuş bir adamı oraya gətirdi.+  Lakin basabas olduğundan onu İsanın yanına keçirə bilmədilər. Buna görə də düz İsanın olduğu yerin üstündən damı söküb deşik açdılar və xəstəni xərəkdəcə aşağı salladılar.  Onların imanını görən+ İsa xəstəyə dedi: «Bala, günahların bağışlandı».+  Orada bir neçə mirzə oturmuşdu. Onlar ürəklərində dedilər:+  «Bu adam nə deyir? O, küfr danışır. Məgər Allahdan başqa kimsə günahları bağışlaya bilər?»+  İsa onların fikirlərini dərhal anlayıb dedi: «Niyə ürəyinizdə belə fikirləşirsiniz?+  İflic olmuş bu adama “günahların bağışlandı” demək asandır, yoxsa “ayağa qalx, xərəyini də götür, get”? 10  Ancaq siz insan Oğlunun+ yerdə günahları bağışlamağa səlahiyyəti olduğunu biləsiniz deyə...»+ İflic olmuş adama dedi: 11  «Dur, xərəyini götür, evinə get». 12  O ayağa qalxdı, dərhal xərəyini götürdü və hamının gözü qarşısında çıxıb getdi. Camaat heyrət içində Allahı mədh edərək dedi: «Biz hələ belə şey görməmişik».+ 13  İsa yenə də dəniz qırağına gəldi. Xalq onun yanına axışırdı və İsa onlara Allahın sözünü öyrətməyə başladı. 14  Sonra o, vergi idarəsinin yanından keçəndə orada oturmuş Alfay oğlu Lavini gördü və ona dedi: «Ardımca gəl». Lavi durub onun ardınca getdi.+ 15  Daha sonra İsa öz şagirdləri ilə birlikdə onun evinə gedib süfrəyə əyləşdi. Bir çox vergiyığan və günahlı da gəlib onlarla süfrə arxasına əyləşdi. Onların arasında İsanın ardınca gedən çox adam var idi.+ 16  Ancaq fərisilərdən olan mirzələr onun günahlılar və vergiyığanlarla bir yerdə çörək yediyini görəndə İsanın şagirdlərinə dedilər: «Bu nədir? O, vergiyığanlar və günahlılarla çörək kəsir?» 17  İsa bunu eşidəndə onlara dedi: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır. Mən salehləri yox, günahlı adamları çağırmağa gəlmişəm».+ 18  Yəhyanın şagirdləri və fərisilər oruc tuturdular. Onlar gəlib İsadan soruşdular: «Nəyə görə Yəhyanın da, fərisilərin də şagirdləri oruc tutur, sənin şagirdlərin isə tutmur?»+ 19  İsa onlara cavab verdi: «Bəy+ dostları ilə olanda heç dostlar oruc tutar? Nə qədər ki bəy dostlarının yanındadır, dostlar oruc tutmazlar. 20  Lakin gün gələcək, bəyi aralarından götürəcəklər,+ bax onda onlar oruc tutacaqlar. 21  Heç kəs köhnə paltara təzə parçadan* yamaq tikməz. Belə etsə, təzə yamaq yığılar, yırtılmış yer daha da korlanar.+ 22  Həmçinin heç kəs təzə şərabı köhnə tuluqlara tökməz. Belə etsə, şərab tuluqları yırtar, şərab da, tuluqlar da zay olar. Buna görə də təzə şərabı təzə tuluqlara tökərlər». 23  Bir şənbə günü İsa zəmilərin arası ilə gedirdi. Onun şagirdləri gedə-gedə sünbül dərirdilər.+ 24  Onda fərisilər İsaya dedilər: «Bura bax! Onlar nəyə görə şənbə günü qadağan olunmuş işi görürlər?» 25  İsa cavab verdi: «Məgər heç vaxt oxumamısınız, ərzağı qurtaranda, özü və yoldaşları acanda Davud nə etmişdi?+ 26  Böyük kahin Əbyatar+ haqqındakı əhvalatdan bilmirsiniz ki, Davud Allahın evinə girib təqdim çörəklərini* yedi, üstəlik, yoldaşlarına da verdi? Halbuki qanuna görə bu çörəkləri kahinlərdən başqa heç kəs yeyə bilməzdi».+ 27  İsa əlavə etdi: «İnsan şənbə üçün yaranmayıb, şənbə insan üçün yaranıb.+ 28  Odur ki, insan Oğlu şənbənin də ağasıdır».+

Haşiyələr

Yəni yuyulmamış parçadan.
Yaxud hüzur çörəyini.