Markın yazdığı müjdə 13:1—37
13 İsa məbəddən çıxanda şagirdlərindən biri dedi: «Ustad, bir bu möhtəşəm daşlara, bu binalara bax!»+
2 Amma İsa ona dedi: «Gördüyün bu möhtəşəm binaların daşı daş üstə qalmayacaq, hamısı dağılacaq»+.
3 İsa Zeytun dağında oturmuşdu. Buradan məbəd yaxşı görünürdü. Bu vaxt Butrus, Yaqub, Yəhya və Andreas təklikdə ondan soruşdular:
4 «Bizə de, bunlar nə vaxt baş verəcək? Bütün bunların sonunun yaxın olduğuna əlamət nə olacaq?»+
5 İsa onlara dedi: «Diqqətli olun ki, heç kəs sizi aldatmasın.+
6 Bir çoxları mənim adımla gəlib “Məsih mənəm” deyəcək və çoxlarını aldadacaq.
7 Həmçinin müharibə səsləri, müharibə xəbərləri eşidəndə təşvişə düşməyin. Bunlar baş verməlidir, amma bu, hələ son deyil.+
8 Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq.+ Gah burada, gah orada zəlzələlər və qıtlıq olacaq.+ Bunlar bəlaların* başlanğıcıdır+.
9 Siz isə ehtiyatlı olun. İnsanlar sizi məhkəmələrə verəcək,+ sinaqoqlarda döyəcək,+ mənim adıma görə sizi hakimlərin və padşahların qabağına gətirəcəklər. Bu, onlara şəhadət verməyiniz üçün fürsət yaradacaq.+
10 Həmçinin əvvəlcə bütün xalqların arasında müjdə təbliğ edilməlidir.+
11 Sizi həbs edib aparanda nə deyəcəyiniz barəsində qabaqcadan narahat olmayın. Həmin an müqəddəs ruh sizə nə bildirəcəksə, onları deyərsiniz, çünki danışan siz yox, müqəddəs ruh olacaq.+
12 Bundan əlavə, qardaş qardaşını, ata övladını ölümə verəcək, övladlar valideynlərə qarşı çıxıb onları öldürtdürəcəklər.+
13 Mənim adıma görə hamı sizə nifrət edəcək.+ Lakin axıra kimi dözən+ xilas olacaq.+
14 Siz viranəlik gətirən iyrənc şeyin+ layiq olmadığı yerdə durduğunu görəndə (oxuyan dərk etsin) qoy Yəhudiyyədə olanlar dağlara qaçsın.+
15 Evin damında olan damdan düşməsin, evdən nə isə götürmək üçün evə girməsin.
16 Tarlada olan da üst paltarını götürmək üçün qayıtmasın.
17 O günlərdə hamilə qadınların, əmzikli anaların vay halına!+
18 Dua edin ki, qaçmağınız qışa təsadüf etməsin.
19 Çünki o günlərdə elə bir müsibət+ olacaq ki, beləsi Allah dünyanı yaradandan həmin vaxtadək olmayıb və bir daha olmayacaq.+
20 Əgər Yehova o günləri qısaltmasaydı, heç kəs xilas ola bilməzdi. Amma O, seçdiyi adamlara görə həmin günləri qısaldacaq.+
21 Əgər o zaman da sizə “baxın, Məsih buradadır!” yaxud “oradadır!” desələr, inanmayın.+
22 Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər peyda olacaq,+ əlamət və möcüzələr göstərəcəklər ki, mümkünsə, seçilmişləri yoldan çıxartsınlar.
23 Buna görə də diqqətli olun!+ Mən sizi xəbərdar etdim.
24 Lakin o vaxt, o müsibətdən sonra günəş zülmətə qərq olacaq, ay işıq saçmayacaq,+
25 ulduzlar göydən düşəcək və göylərin qüvvələri sarsılacaq.
26 O zaman insan Oğlunun+ qüdrətlə, calal içində buludların üzərində gəldiyini görəcəklər.+
27 O, mələkləri göndərəcək və onlar dünyanın dörd tərəfindən, yerin ucundan göyün ucunadək Onun seçdiklərini yığacaq.+
28 Nümunə üçün əncir ağacını götürək. Onun budaqları tumurcuqlayıb yarpaqları görünəndə bilirsiniz ki, yay yaxındır.+
29 Siz də bunların baş verdiyini görəndə bilin ki, insan Oğlu yaxında, qapının ağzındadır.+
30 Yadınızda saxlayın ki, bütün bunlar bu nəsil keçib getməmiş baş verəcək.+
31 Yer-göy yox olub gedəcək,+ amma mənim sözlərim qalacaq.+
32 O günü və saatı heç kəs bilmir: nə göydəki mələklər, nə də Oğul. Bunu yalnız Ata bilir.+
33 Diqqətli olun, oyaq qalın,+ çünki təyin edilmiş vaxtı bilmirsiniz.+
34 Bu, başqa ölkəyə yollanan bir adamın öz evinin nəzarətini nökərlərə tapşırıb hərəsinə bir iş verməsinə,+ qapıçıya da oyaq qalmağı buyurmasına bənzəyir.+
35 Buna görə də oyaq qalın, çünki ev sahibinin nə vaxt gələcəyini:+ axşam, gecə yarısında, xoruz banında, yaxud səhər tezdən gələcəyini bilmirsiniz.+
36 Elə olmasın ki, o, qəfil gələndə sizi yatmış tapsın.+
37 Sizə dediyimi hamıya deyirəm: oyaq qalın!»+
Haşiyələr
^ Hərfən: doğum sancılarının.