Yəhyanın yazdığı müjdə 1:1—51

  • Söz insan olub (1—18)

  • Vəftizçi Yəhyanın şəhadəti (19—28)

  • İsa Allahın Quzusudur (29—34)

  • İsanın ilk şagirdləri (35—42)

  • Filip və Natanail (43—51)

1  Başlanğıcda Söz var idi,+ Söz Allahla idi+ və Söz ilahi varlıq idi.+  O, başlanğıcda Allahla idi.  Hər şey onun vasitəsilə mövcud oldu+ və onsuz heç bir şey mövcud olmadı.  Onun vasitəsilə həyat mövcud oldu və həyat insanlar üçün nur oldu.+  Bu nur qaranlıqda parlayır,+ ancaq qaranlıq onu üstələyə bilmir.  Allahın göndərdiyi bir elçi peyda oldu. Onun adı Yəhya idi.+  O, şəhadət vermək üçün gəlmişdi. O, nur haqqında şəhadət verəcəkdi ki,+ hər cür insan onun vasitəsilə iman gətirsin.  O özü həmin nur deyildi,+ amma nur haqqında şəhadət verməli idi.  Hər cür insanı nurlandıran əsl nur dünyaya gəlmək üzrə idi.+ 10  O, dünyada idi.+ Dünya onun vasitəsilə mövcud olmuşdu,+ lakin dünya onu tanımadı. 11  O, doğma yurduna gəldi, ancaq xalqı onu qəbul etmədi. 12  O, onu qəbul edən, onun adına iman gətirən hər kəsə+ Allahın övladı+ olmaq hüququ verdi. 13  Onlar ətdən-qandan doğulmayıblar, insan istəyi ilə dünyaya gəlməyiblər, onlar Allahın övladlarıdırlar.+ 14  Söz insan olub+ aramızda yaşadı və biz onun calalını gördük. Bu, atanın yeganə oğluna+ verdiyi calala bənzəyirdi. O, Allahın lütfü ilə və həqiqətlə dolu idi. 15  Yəhya onun barəsində şəhadət verir, nida edirdi: «Mən bu sözləri onun haqqında deyirdim: “Məndən sonra gələn məni ötüb keçdi, çünki o, məndən əvvəl var olub”».+ 16  Biz hamımız onun dolğunluğundan bəhrələndik, lütf üstündən lütf aldıq. 17  Qanun Musa vasitəsilə verildi,+ lütf+ və həqiqət isə İsa Məsih vasitəsilə açıldı.+ 18  Bəşər övladlarından heç kim heç vaxt Allahı görməmişdir,+ yalnız Atanın qoynunda* olan+ o ilkin ilahi varlıq+ Onu bizə tanıtdı.+ 19  Yəhudilər Yəhyanın kim olduğunu+ öyrənmək üçün Yerusəlimdən onun yanına kahinlərlə lavililəri göndərdi. Yəhya belə şəhadət verdi: 20  «Mən Məsih deyiləm». O, bunu açıq-aşkar dedi, sualdan qaçmadı. 21  Belə olduqda onlar soruşdular: «Bəs onda kimsən? Olmaya, İlyassan?»+ O: «Xeyr», — dedi. «Bəlkə, həmin o Peyğəmbərsən?»+ O, yenə inkar etdi. 22  Onda onlar dedilər: «Axı sən kimsən? Özün haqqında bir şey de ki, bizi göndərənlərə cavab verə bilək». 23  O cavab verdi: «Mən Əşiya peyğəmbərin dediyi,+ “Yehovanın yolunu hamarlayın!”+ — deyə çöllükdə car çəkənin səsiyəm». 24  Gələnlər isə fərisilərdən idilər. 25  Onu yenə sorğu-suala çəkdilər: «Əgər sən nə Məsih, nə İlyas, nə də həmin o Peyğəmbər deyilsənsə, bəs onda nəyə görə vəftiz* edirsən?» 26  Yəhya onlara cavab verib dedi: «Mən suda vəftiz edirəm. Lakin aranızda bir nəfər var, siz onu tanımırsınız. 27  O, məndən sonra gəlir, amma mən onun səndəlinin bağını belə, açmağa layiq deyiləm».+ 28  Bütün bunlar Beytaniyyədə, İordan çayının o biri tayında baş verdi. Yəhya orada vəftiz edirdi.+ 29  Ertəsi gün Yəhya ona tərəf gələn İsanı görəndə dedi: «Budur bəşəriyyətin+ günahını yuyan+ Allahın Quzusu!+ 30  “Məndən sonra gələn məni ötüb keçdi, çünki o, məndən əvvəl var olub”, — deyə haqqında danışdığım adam budur.+ 31  Mən özüm də onu tanımırdım, lakin mən suda vəftiz edirəm ki, İsrail onu tanısın».+ 32  Yəhya bunu da təsdiqlədi: «Müqəddəs ruhun göydən göyərçin kimi enib onun üzərində qaldığını gördüm.+ 33  Mən özüm də onu tanımırdım. Ancaq məni suda vəftiz etməyə göndərən Allah dedi: “Müqəddəs ruhun kimin üzərinə enib+ qaldığını görsən, bil ki, müqəddəs ruhla vəftiz edən odur”.+ 34  Mən də bunu gördüm və təsdiq etdim ki, o, Allahın Oğludur».+ 35  Ertəsi gün Yəhya iki şagirdi ilə bir yerdə olanda 36  yol ilə gedən İsanı görüb dedi: «Budur Allahın Quzusu!»+ 37  Bu sözləri eşidən həmin iki şagird İsanın ardınca getdi. 38  İsa geriyə baxdı və onların arxadan gəldiyini görəndə soruşdu: «Nə istəyirsiniz?» Onlar cavab verdilər: «Rabbi, sən harada qalırsan?» (Rabbi «müəllim» deməkdir.) 39  İsa dedi: «Gəlin özünüz görün». Onlar gedib onun harada qaldığını gördülər. Təxminən günorta saat dörd* olardı. Onlar həmin gün İsa ilə qaldılar. 40  Yəhyanın sözünü eşidib İsanın ardınca gedən iki şagirddən biri Şimon Butrusun qardaşı Andreas+ idi. 41  O, əvvəlcə qardaşı Şimonu tapdı və dedi: «Biz Məsihi tapmışıq»+ (Məsih «məsh edilmiş» deməkdir.) 42  O, qardaşını İsanın yanına gətirdi. İsa ona baxıb dedi: «Yəhya oğlu Şimon,+ indən belə səni Kifa (yunanca Butrus*)+ çağıracaqlar». 43  Sabahısı gün İsa Cəliləyə yollanmaq istədi. O, Filipi+ tapıb dedi: «Ardımca gəl». 44  Filip də Andreasla Butrusun doğma şəhəri olan Beytsəydadan idi. 45  Filip Natanaili+ tapıb ona dedi: «Biz Tövratda* Musanın yazdığı və Peyğəmbərlərin kitabında bəhs edilən adamı, Yusifin+ oğlu nəsrani İsanı tapmışıq». 46  Amma Natanail ona dedi: «Heç Nasirədən də fərli bir şey çıxar?» Filip ona cavab verdi: «Gəl özün bax». 47  İsa ona tərəf gələn Natanaili görəndə onun haqqında belə dedi: «Budur, zərrə qədər də bicliyi olmayan əsl israilli!»+ 48  Natanail soruşdu: «Sən məni haradan tanıyırsan?» İsa cavab verdi: «Filip səni çağırmazdan əvvəl mən səni görmüşdüm. Sən əncir ağacının altında idin». 49  Natanail dedi: «Rabbi, sən Allahın Oğlusan, sən İsrailin Padşahısan».+ 50  İsa dedi: «Səni əncir ağacının altında gördüyümü dediyim üçün mənə inandın? Sən bunlardan da böyük işlər görəcəksən». 51  Sonra əlavə etdi: «Sizi əmin edirəm ki, siz səmanın açıldığını və Allahın mələklərinin insan Oğlunun yanına enib-qalxdığını görəcəksiniz».+

Haşiyələr

Xüsusi rəğbət mövqeyini bildirir.
Hərfən: onuncu saat.
Kifa və Butrus adlarının mənası daşdır.