Kontentə keç

Allahın neçə adı var?

Allahın neçə adı var?

Müqəddəs Yazıların cavabı

 Allahın yalnız bir şəxsi adı var. Bu ad ibrani dilində belə yazılır: יהוה. Azərbaycan dilində isə bu ad «Yehova» kimi verilib a. Əşiya peyğəmbər vasitəsilə Allah bəyan etmişdi: «Mən Yehovayam. Adım budur» (Əşiya 42:8). Qədim Müqəddəs Kitab əlyazmalarında bu ada təxminən 7000 dəfə rast gəlinir. Qeyd edək ki, bu ad Müqəddəs Kitabda Allaha müraciət formalarından və digər adlardan daha çox işlənir b.

Allahın başqa adları var?

 Müqəddəs Kitabda Allahın bir adı yazılıb, ancaq orada Allaha aid çoxlu sifətlər və müraciət formaları da istifadə olunub. Aşağıdakı siyahıda bunların bəziləri sadalanır və hər biri Yehovanın ilahiliyinin və xüsusiyyətlərinin müxtəlif yönlərini açıqlayır.

Sifət

Ayə

Mənası

Allah

Yaradılış 1:1

İbadət edilməli olan qüdrətli Varlıq. İbrani sözü «Elohim»in cəmdə işlənməsi Yehovanın əzəmətini, şanını və ucalığını bildirir. Ərəb sözü olan «Allah» isə Yaradanın şəxsi adı deyil, sadəcə Ona müraciət formalarından biridir.

Allahlar Allahı

Qanunun təkrarı 10:17

Bütpərəstlərin ibadət etdiyi «puç allahlar»dan fərqli olan qüdrətli Allah (Əşiya 2:8).

Alfa və Omeqa

Vəhy 1:8; 21:6; 22:13

Alfa və Omeqa yunan əlifbasının ilk və son hərfləridir. «Birinci və axırıncı» və ya «əvvəl və axır» deməkdir. Yehovadan əvvəl qüdrətli Allah olmadığını və Ondan sonra da olmayacağını göstərir (Əşiya 43:10).

Ata

Mətta 6:9

Həyatverən.

Böyük Nəsihətçi

Əşiya 30:20, 21

Faydalı şeylər öyrədən və yolgöstərən (Əşiya 48:17, 18).

Çoban

Zəbur 23:1

Bəndələrinin qeydinə qalan.

Duaları eşidən

Zəbur 65:2

Ona imanla edilən hər duanı şəxsən dinləyən.

Dulusçu

Əşiya 64:8

Duluşçunun palçıq üzərində hökmü olduğu kimi, Allahın da hər bir insan və xalq üzərində hökmü var (Romalılara 9:20, 21).

Əbədiyyət Padşahı

Vəhy 15:3

Allahın hakimiyyətinin nə əvvəli, nə də sonu var.

Əzəldən var olan

Dənyal 7:9, 13, 22

Başlanğıcı olmayan; hər kəsdən və hər şeydən əvvəl, əbədiyyən var olan (Zəbur 90:2).

Haqq-Taala

Zəbur 47:2; Dənyal 7:18, 27

Ən uca mövqeyə sahib olan. Ali hökmdar.

Xilaskar

Əşiya 45:21

Təhlükədən və fəlakətdən xilas edən.

Xoşbəxt Allah

1 Timutiyə 1:11

Sevincli və xoşbəxt olan deməkdir. Bəzi tərcümələrdə bu söz «mübarək» kimi verilib (Zəbur 104:31).

Külli-İxtiyar

Yaradılış 15:2

Ali hakimiyyətə sahib olan. İbranicə «Adonay».

Qadir

Yaradılış 17:1

Bənzərsiz gücə malik. İbrani ifadəsi olan «El-Şadday» — «Qadiri-Mütləq» Müqəddəs Kitabda yeddi dəfə işlənir.

Qaya

Zəbur 18:2, 46

Təhlükəsiz sığınacaq və xilas mənbəyi.

Satınalan

Əşiya 41:14, «Müqəddəs Kitab Şirkəti», 2009

İsa Məsihin fidyə qurbanlığı vasitəsilə bəşəriyyəti günah və ölümdən qurtaran (Yəhya 3:16).

Müqəddəs Allah

Məsəllər 9:10

Bütün varlıqlardan daha müqəddəs (tamamilə təmiz və pak).

Ordular Allahı

Əşiya 1:9, Romalılara 9:29

Sərəncamında çoxsaylı güclü mələklər ordusu olan və ya «göydəki orduların başçısı Yehova» (Romalılara 9:29; İncil, Yeni Dünya Tərcüməsi, 2010)

Rəbb

Zəbur 135:5

Sahib və ya yiyə. İbranicə «Adon» və «Adonim».

Qısqanc

Çıxış 34:14, «Müqəddəs Kitab Şirkəti, 2009»

Özünə şərik qoşulmasını qəbul etməyən. Bu ifadə «rəqiblərinə təhəmmül etməyən» və «xüsusi sədaqət tələb edən» kimi də tərcümə olunub. («God’s Word Bible»; «Yeni Dünya Tərcüməsi»)

Ulu Yaradan

Zəbur 149:2

Hər şeyi mövcud edən və yaradan (Vəhy 4:11).

Yaradan

Əşiya 40:28

Hər şeyi yoxdan var edən.

Var olan Mənəm

Çıxış 3:14, «Müqəddəs Kitab Şirkəti», 2009

Allah məqsədinin həyata keçməsi üçün nə lazımdırsa o olur. Bu ifadə həmçinin «olmasına səbəb olur» və «Kim İstəsəm, Olacağam» kimi tərcümə edilir (Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin A4 əlavəsi). Bu izahat Çıxış 3:15 ayəsində yazılan Allahın şəxsi adının — «Yehova» adının mənasını daha yaxşı başa düşməyə kömək edir.

Tövratdakı ərazi adları

 Müqəddəs Kitabdakı bəzi ərazi adları Allahın şəxsi adı ilə bağlıdır, ancaq onlar Allahın adının əvəzləyiciləri deyil.

Ərazi adı

Ayə

Mənası

Yehova-Nissi

Çıxış 17:15

«Yehova nişanımdır». Yehova xalqı üçün pənah yeri və dayaqdır (Çıxış 17:13—16).

Yehova-Salam

Hakimlər 6:23, 24

«Yehova sülhdür»

Yehova-Yire

Yaradılış 22:13, 14

«Yehova yetirəcək».

Nəyə görə Allahın adını çəkmək vacibdir?

  •   Allahın Öz adını Müqəddəs Kitabda təxminən yeddi min dəfə yazdırması göstərir ki, O, bu ada çox dəyər verir (Məlaki 1:11).

  •   İsa Məsih Allahın adının əhəmiyyətini dəfələrlə vurğulamışdı. Məsələn, o, bir dəfə belə dua eləmişdi: «Qoy adın müqəddəs tutulsun» (Mətta 6:9; Yəhya 17:6)

  •   Allahın adını bilmək və istifadə etmək Onunla dostluq münasibətini qurmaq üçün atılan ilk addımdır (Zəbur 9:10; Məlaki 3:16). Allah Onunla dostluq münasibəti quranlara bu vədi verir: «O ki Məni sevdi, onu qurtaracağam, Adımı tanıdığı üçün onu hifz edəcəyəm» (Zəbur 91:14).

  •   Müqqəddəs Kitabda deyilir: «Hərçənd göydə və ya yerdə “allah” deyilənlər var və doğrudan da, çoxlu “allahlar” və “ağalar” mövcuddur» (1 Korinflilərə 8:5, 6). Buna görə də Müqəddəs Kitabda açıq-aydın bildirilir ki, Allahın adı Yehovadır (Zəbur 83:18).

a Bəzi ibrani alimləri Allahın adının «Yahve» formasına üstünlük verirlər.

b Allahın adının qısaldılmış forması olan «Yah» Müqəddəs Kitabda təxminən 50 dəfə istifadə olunur, «Yaha alqış edin» mənasını verən «Haleluya» və ya «Halleluya» formaları da bu saya daxildir (Vəhy 19:1, İncil, 1996; «Müqəddəs Kitab Şirkəti», 2009).