Əşiya 2:1—22

  • Yehovanın dağı ucalacaq (1—5)

    • Qılınclardan gavahın düzəldəcəklər (4)

  • Yehovanın günündə qürrəlilər alçalır (6—22)

2  Amuz oğlu Əşiyanın Yəhuda və Yerusəlim barəsində gördükləri.+   Zamanın sonundaYehovanın evinin durduğu dağDağlardan uca bərqərar olacaq,+Təpələrdən yuxarı ucalacaq,Bütün xalqlar ona sarı axışacaq.+   Çox ümmətlər gəlib deyəcək: «Gəlin Yehovanın dağına,Yaqubun Allahının evinə qalxaq.+ O, bizə yolunu öyrətsin,Biz də Onun yolu ilə yeriyək».+ Çünki qanun Siondan,Yehovanın sözü Yerusəlimdən çıxacaq.+   O, xalqlar arasında hakim olacaq,Çox xalqlara aid məsələləri həll edəcək. Onlar qılınclarından gavahın*,Nizələrindən oraq düzəldəcək.+ Xalq xalqın üstünə qılınc qaldırmayacaq,Artıq müharibə etməyi öyrənməyəcəklər.+   Gəlin, ey Yaqub evi,Gəlin Yehovanın nurunda yeriyək.+   Sən xalqını, Yaqub evini tərk etdin,+Çünki onlar şərqdən çox şey mənimsədilər.Onlar filiştlilər* kimi sehrbazlıq+ edir,Aralarında əcnəbilərin uşaqları nə qədərdir!   Ölkələri qızıl-gümüşlə dolub,Xəzinələri aşıb-daşır. Məmləkətləri atlarla dolub,Cəng arabalarının sayı-hesabı yoxdur.+   Ölkələri puç allahlarla doludur.+ Onlar əlləri ilə düzəltdiklərinə,Barmaqları ilə quruluş verdiklərinə səcdə qılırlar.   İnsan yerə döşənir, alçalır.Sən onu bağışlamazsan. 10  Yehovanın zəhmindən,Əzəmətinin ehtişamındanQayaya gir, torpaqda gizlən.+ 11  İnsanın təkəbbürlə baxan gözü alçalacaq,İnsan qüruru əyiləcək. O gün yalnız Yehova yüksələcək. 12  Çünki o gün ordular Allahı Yehovanın günüdür.+ O gün lovğaların, qürrəlilərin,Ağaların, rəiyyətin, hamının başına gələcək.+ 13  O gün Livanın bütün uca, vüqarlı sidr ağaclarının,Bütün Başan palıdlarının başına gələcək, 14  Bütün ulu dağların,Hündür təpələrin, 15  Bütün yüksək qüllələrin, möhkəm divarların, 16  Bütün Tarşiş gəmilərinin,+Gözəl qayıqların başına gələcək. 17  İnsan qüruru alçalacaq,İnsan təkəbbürü əyiləcək. O gün yalnız Yehova yüksələcək. 18  Puç allahlar tamamilə yox ediləcək.+ 19  Yehova dünyanı lərzəyə gətirmək üçünAyağa qalxandaZəhmindən, əzəmətinin ehtişamından+İnsanlar qaya oyuqlarına,Yerin dəlmə-deşiyinə girəcək.+ 20  O gün insanlar sitayiş üçünQızıldan-gümüşdən düzəltdikləri puç, dəyərsiz allahlarıYereşənlərə, yarasalara atacaq,+ 21  Yehova dünyanı silkələmək üçün ayağa qalxandaOnun zəhmindən,Əzəmətinin ehtişamındanQaya oyuqlarına,Qaya dəliklərinə girəcəklər. 22  Bəşər oğluna güvənməyin,Axı o, burnundakı nəfəs kimidir, Ondan nə fayda?

Haşiyələr

Xışın yeri şumlayan dəmir hissəsi.
Bəzi mənbələrə əsasən, filistimlilər.