Kontentə keç

Mündəricatı göstər

DƏRS 19

«Sadiq və ağıllı nökər» kimdir?

«Sadiq və ağıllı nökər» kimdir?

Ruhani qida hər kəs üçün faydalıdır

İsa Məsihin ölümünə bir neçə gün qalmışdı. O, həvariləri ilə — Butrusla, Yaqubla, Yəhyayla və Andreasla dövrün yekununda öz hüzuru barədə söhbət edərkən belə bir sual qaldırdı: «Evindəki qulluqçulara vaxtlı-vaxtında yemək vermək üçün ağanın onların üzərinə qoyduğu sadiq və ağıllı nökər, görəsən, kimdir?» (Mətta 24:3, 45; Mark 13:3, 4). İsa Məsih şagirdlərini arxayın etdi ki, bir ağa olaraq, dövrün yekununda davamçılarını ruhani qida ilə təmin etmək üçün «sadiq və ağıllı nökər» təyin edəcək. Bəs bu nökər kim olacaqdı?

Allahın ruhu ilə seçilmiş məsihilər. Sadiq və ağıllı nökər Yehovanın Şahidlərinin Rəhbərlik Şurasıdır. Bu Şura Yehova Allahın xidmətçilərini vaxtlı-vaxtında ruhani qida ilə təmin edir. Bu qidanı müntəzəm almaq bizim rifahımız üçün son dərəcə vacibdir (Luka 12:42).

Ağası bütün əmlakının idarəsini ona tapşırıb (Luka 12:44). İsa Məsih sadiq nökərə Yehovanın təşkilatının yerdəki hissəsini idarə etməyi tapşırıb. Bura daşınan və daşınmaz əmlaka nəzarət, təbliğ işinə rəhbərlik və yığıncaqlar vasitəsilə təlim vermək daxildir. Sadiq və ağıllı nökər bizə lazım olan anda lazım olan ruhani qidanı verir, yəni Allahın Kəlamına əsaslanan nəşrlər hazırlayır, yığıncaqlar və böyük toplantılar üçün proqram təşkil edir.

Bu nökər sadiqdir, Allahın Kəlamını rəhbər tutur və təbliğ etmək tapşırığını icra edir. Həmçinin ağıllıdır, İsa Məsihin ona etibar etdiyi hər şeyi ağılla idarə edir (Həvarilərin işləri 10:42). Yehova Allah onların işini uğurlu edir, belə ki, Allahın xalqı böyüyür və ruhani qidadan korluq çəkmir (Əşiya 60:22; 65:13).

  • İsa Məsih davamçılarına ruhani qida vermək üçün kimi təyin edib?

  • «Nökər» hansı mənada sadiq və ağıllıdır?