DƏRS 9

Yığıncaqlara necə hazırlaşmaq olar?

Yığıncaqlara necə hazırlaşmaq olar?

Kamboca

Ukrayna

Yəqin ki, siz artıq Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirsiniz və hər dəfə dərsə qabaqcadan hazırlaşırsınız. Yığıncaqlara da qabaqcadan hazırlaşmaq və bunu vərdişə çevirmək yaxşı olardı.

Cədvəl qurun. Elə vaxt seçin ki, diqqətiniz başqa işlərə yayınmasın. Ola bilsin, sizin üçün səhər işə getməzdən qabaq, yaxud axşam uşaqları yatızdırandan sonra yığıncağa hazırlaşmaq rahat olacaq. Az da olsa hazırlaşmağa vaxt ayırın və sakit bir yerə çəkilin. Qoy həmin vaxt sizə nə televizor, nə cib telefonu, nə də başqa bir şey mane olmasın. Hazırlaşmazdan öncə dua edin ki, qayğılarınızı bir kənara qoyub diqqətinizi Allahın Kəlamına cəmləyəsiniz (Filippililərə 4:6, 7).

Görüşdə şərh verməyə hazırlaşın. Mövzu ilə tanış olun. Məqalənin və ya fəslin başlığına, yarımbaşlıqların mövzu ilə necə əlaqəli olduğuna, şəkillərə və əsas fikirləri vurğulayan suallara diqqət yetirin. Sonra hər abzası oxuyub abzasın sualına cavab tapmağa çalışın. Gətirilən ayələri Müqəddəs Kitabda açıb oxuyun və mövzuya necə aid olduğunu fikirləşin (Həvarilərin işləri 17:11). Abzasda sualın cavabını tapanda əsas sözləri və ya ifadələri xətləyin. Yığıncaqda şərh vermək istəyəndə işarələdiyiniz sözlərə baxıb cavabı yadınıza salacaqsınız və öz sözlərinizlə qısa şərh verəcəksiniz.

Hər dəfə yığıncağa hazırlaşsanız, bilik xəzinəniz get-gedə böyüyəcək (Mətta 13:51, 52).

  • Yığıncağa hazırlaşmaq üçün nə etmək yaxşı olardı?

  • Görüşlərdə şərh verməyə necə hazırlaşa bilərik?