Əşiya 60:1—22
60 «Qalx, ey qadın,+ şölə saç, çünki nurun gəldi.
Yehovanın calalı üzərinə şəfəq saçır.+
2 Bax, dünyanı qaranlıq,Xalqları qatı zülmət bürüyəcək;Sənin isə üzərinə Yehova nur saçacaq,Üzərində Yehovanın calalı görünəcək.
3 Xalqlar nuruna doğru gələcək,+Hökmdarlar+ parlayan ehtişamına doğru addımlayacaq.+
4 Başını qaldırıb ətrafına bax!
Bax, hamısı toplaşıb yanına gəlir,Oğulların uzaqlardan gəlir,+Qızlarını kürəklərində gətirirlər.+
5 Bunu görəndə çöhrən şəfəq saçacaq,+Ürəyin çırpınacaq, dağa dönəcək,Çünki dənizin sərvəti sənə yönələcək,Xalqların varı yanına axışacaq.+
6 Dəvə sürüləri,Mədyənin, İfahın nərləri ölkəni bürüyəcək,+Bütün səbalılar gələcək.
Onlar qızıl, kündür daşıyacaq,Yehovanın şəninə tərif deyəcəklər.+
7 Qədarın bütün sürüləri yanına toplaşacaq.+
Nəbayütün qoçları+ qulluğunda olacaq,Onlar qurbangahıma qalxıb rəğbətlə qəbul olunacaq.+
Mən şanlı evimi cah-calala bürüyəcəyəm.+
8 Buludtək uçan,Göyərçintək yuvasına uçub gələn kimlərdir belə?
9 Adalar Mənə ümid bağlayacaq.+
Tarşişin gəmiləri başda üzür,Yükləri qızıl-gümüşdür.
Allahın Yehovanın, İsrailin Müqəddəsinin şərəfinəUzaqlardan oğullarını gətirirlər.+
Bəli, O, səni ehtişamlı edəcək.+
10 Yadellilər divarlarını tikəcək,Padşahları qulluğunda duracaq.+
Qəzəblənib səni vurduğum kimi,Lütf edib mərhəmət göstərəcəyəm.+
11 Darvazaların daima açıq qalacaq,+Nə gecə, nə gündüz bağlanmayacaq,Belə ki, xalqların sərvəti sənə gətirilsin.
Bunu, ilk növbədə, padşahları edəcək.+
12 Sənə xidmət etməyən səltənət məhv olacaq,Xalqlar yerli-dibli yox olacaqlar.+
13 Müqəddəs məkanımı gözəlləşdirmək üçün Livanın cah-calalı,+Ardıc, göyrüş, sərv ağacları gələcək.+
Ayağımçün olan yeri ehtişamlı edəcəyəm.+
14 Sənə zülm edənlərin oğulları gəlib qabağında diz çökəcək,Sənə hörmətsizlik edənlər ayağına yıxılıb təzim edəcək,Onlar səni Yehovanın şəhəri,İsrailin Müqəddəsinin Sionu deyib çağıracaq.+
15 Boş qalmışdın, nifrət hədəfi idin, içindən kimsə keçmirdi,+İndi səni əbədi vüqar yeri,Bütün nəsillər üçün sevinc qaynağı edəcəyəm.+
16 Sən xalqların südünü içəcəksən,+Padşahların döşünü əməcəksən.+
Onda biləcəksən ki, Mən Yehova sənin xilaskarınam,Yaqubun qüdrətli Allahı sənin qurtarıcındır.+
17 Mən mis yerinə qızıl gətirəcəyəm,Dəmir yerinə gümüş,Ağac yerinə mis,Daş yerinə dəmir gətirəcəyəm.
Sülhü üstünüzdə nəzarətçi,Salehliyi ağa qoyacağam.+
18 Daha məmləkətində zorakılıq xəbəri,Torpağında viranəlik xəbəri eşidilməyəcək.+
Divarlarına “xilas”,+ darvazalarına “tərif” adını verəcəksən.
19 Gündüzlər işığın daha günəş olmayacaq,Gecələr sənə nur verən ay işığı olmayacaq.
Çünki Yehova əbədi nurun olacaq,+Allahın sənin calalın olacaq.+
20 Günəşin qürub etməyəcək,Ayın batmayacaq,Çünki Yehova əbədi nurun olacaq,+Yas günlərin bitəcək.+
21 Sakinlərin ancaq salehlər olacaq,Onlar ölkəni əbədilik miras alacaq.
Onlar əkdiyim fidanlardır,Mənə calal gətirən əllərimin işidir.+
22 Ən kiçiyindən min nəfər,Ən balacasından qüdrətli xalq törəyəcək.
Mən Yehova vaxtı yetişəndə bu işi sürətləndirəcəyəm».