Kontentə keç

Mündəricatı göstər

Duanın köməyi

Duanın köməyi

Pamela ciddi xəstəliyə tutulanda müalicəyə başladı. Amma müalicə ilə yanaşı Allaha dua edib bu çətinliyə dözmək üçün güc də istəyirdi. Bəs dua ona kömək etdi?

Pamela deyir: «Xərçəngdən müalicə aldığım müddətdə tez-tez qorxu keçirirdim. Amma Yehova Allaha dua edəndə qəlbimə rahatlıq çökürdü, qorxu çəkilib gedirdi. Hələ də xroniki ağrılarım var. Amma dua mənə müsbət əhval-ruhiyyəni qorumağa kömək edir. Məndən halımı soruşanda deyirəm: “Canım ağrıyır, amma əhvalım yaxşıdır!”»

Düzdür, bu o demək deyil ki, yalnız həyatımız üçün təhlükə yarananda dua etməliyik. Hər birimiz irili-xırdalı çətinliklərlə üzləşirik və çox vaxt öz gücümüzə onların öhdəsindən gəlmək çətin olur. Məhz bu zaman dua dadımıza çata bilər.

Müqəddəs Kitabda deyilir: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar, O, heç vaxt saleh insanı yıxılmağa qoymaz» (Zəbur 55:22). Bu sözlər insanı çox ruhlandırır. Deməli, dua sizə necə kömək edə bilər? Allaha düzgün dua etsəniz, O sizə çətinliyin öhdəsindən gəlməyə kömək edəcək. (« Duanın gücü» adlı çərçivəyə baxın.)